Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2018

BMT: Yəmən canlı cəhənnəmə çevrilib

“Əl-Quds əl-Ərəbi” qəzetinin verdiyi xəbərə görə, UNİCEF-in region üzrə müdiri Xeyret Kabalari Omanda keçirdiyi mətbuat konfransında deyib: “By gün Yəmən diri cəhənnəmdir.”
Kabalari əlavə edib: “Yəmən təkcə bu ölkənin 50-60 faiz uşaqları üçün cəhənnəm deyil, bura ölkənin bütün oğlan və qızları üçün diri cəhənnəmdir.”
BMT rəsmisi bildirib ki, hal-hazırda 5 yaşından aşağı 400 min yəmənli uşaq qida çatışmamazlığından bərk əziyyət çəkir və hər il 5 yaşından aşağı 30 min uşaq qarşısını almaq mümkün olan xəstəlikdən ölür.
BMT Uşaq Fondunun region üzrə rəhbəri daha sonra deyib: “Yəməndə hər 10 dəqiqədə bir uşaq xəstəlikdən ölür. Halbuki, həmin xəstəliklərin qarşısını çox asanlıqla almaq olar.”
67 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP