Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2018

Bu torpaqlar işğalçı İsraildən alınacaq

İordaniya 1994-cü ildə bağlanmış sülh müqaviləsinin müzakirə edilməsi barədə işğalçı İsraildən rəsmi sorğu alıb.

RİA-Novosti agentliyi xəbər verir ki, bu haqda Krallığın media işləri üzrə dövlət naziri Cumana Qoniamat bildirib.

Qeyd edək ki, 1994-cü ildə İordaniya və İsrail arasında imzalanan sülh müqaviləsi Bakura və Qamr ərazilərinin İsrailə icarəyə verilməsini nəzərdə tuturdu. Ötən ay İordaniya Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanata görə, İordaniya müqaviləyə xitam verib. İordaniya kralı II Abdullah müqavilənin uzadılmaması qərarına gəlib.

İordaniya 1994-cü ildə imzalanan Oslo müqaviləsinin 1b və 1c əlavələrilə Bakura və Qamr ərazilərini 25 il müddətinə İsrailə icarəyə vermişdi. Müqavilənin şərtlərinə görə, tərəflərdən hər hansı biri sazişin bitməsinə ən gec bir il qalana qədər çıxmaq istəyərsə, icarə razılaşması avtomatik olaraq yenilənməlidir. İcarə müddəti 25 oktyabr 2019-cu ildə bitəcək.
64 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP