Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2018

Yəmən ordusu Beyzada təcavüzkar ərəb koalisiyasına qarşı böyük əməliyyat keçirib

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general Yəhya Sərii Əl-Beyza əyalətində aparılan əməliyyat nəticəsində çoxlu sayda təcavüzkar koalisiya qüvvələrinin öldüyünü və əsir götürüldüyünü açıqlayıb.
“Əl-Məsirə” televiziya kanalının saytının yazdığına görə, bu böyük əməliyyatda istefa verərək ölkədən qaçmış Mənsur Hadiyə bağlı onlarla murzur, o cümlədən 19-cu piyada briqadasının kəşfiyyat qərargahının rəisi general Əhməd əl-Əyaşi, 153-cü piyada briqadanın komandiri general Hüseyn Diman həlak olub.
Yəhya Sərii əlavə edib: “Ərəbistan koalisiyası qüvvələrinə aid 30-dan çox cəsəd yerdə qalıb, 50-dən çox yaralı Bican xəstəxanasına köçürülüb və bir neçə yaraqlı əsir götürülüb.
Bundan əlavə düşmənin bir neçə hərbi texnikası məhv edilib, çoxlu miqdarda silah-sursat və 6 ədəd hərbi avtomobil qənimət götürülmüşdür.”
General əməliyyatın həyata keçməsində əməkdaşlıq edən yerli əhaliyə də minnətdarlığını bildirərək deyib: “Həlak olmuş digər düşmən komandirlərin də kimliyi tezliklə bilinəcək.”
76 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP