Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2019

Zərif: Ərəbistanla bir problemimiz yoxdur

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yəmənin “Əl-Məsirə” telekanalına verdiyi müsahibəsində Yəmən müharibəsinin bitməsini region ölkələri üçün dönüş nöqtəsi adlandırıb.

Xarici işlər naziri əlavə edib: “Biz əvvəldən dedik ki, Yəmən məsələsinin hərbi yolu yoxdur. Müharibəni dayandırılmalıdır. Amma bundan əvvəl (Yəmənə təcavüz etmiş rejimlər) onun siyasi həll yolunu qəbul etmirdilər və bir neçə həftə ərzində müharibəni öz xeyirlərinə tamamlayacaqlarını düşünürdülər.”

Zərif müsahibəsinin digər hissəsində deyib: “İranın Ərəbistanla heç bir problemi yoxdur, lakin Riyad Yəməndə hərbi qələbə qazanmaq ardıncadır. Bu isə heç vaxt baş tutmayacaq.”
418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP