Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2019

Şok iddia: Putin Buşa öncədən demişdi - 11 sentyabr olayı

Rusiya Prezidenti 2001-ci ildə ABŞ ərazisində terakt olacağı ilə bağlı amerikalı həmkarı Corc Buşa xəbərdarlıq etmişdi.

Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Corc Bibi yazıb.

C.Bibi “Rusiya tələsi: Rusiya ilə kölgə savaşımız necə nüvə müharibəsi ilə nəticələnə bilər” adlı məqaləsində qeyd edir ki, 11 Sentyabr hadisəsindən 2 gün öncə Putin amerikalı həmkarına zəng edib.

O, Buşa deyib ki, “terror kampaniyasına” başlanılması ilə bağlı Rusiya kəşfiyyatı siqnallar əldə edib və əlavə edib ki, belə kampaniyaya çoxdan start verilib.

Analitik onu da qeyd edib ki, 11 Sentyabr olayından sonra məhz Putin Buşa zəng edən ilk xarici ölkə rəhbəri olub.

Qeyd edək ki, Corc Bibinin kitabı bu həftə ABŞ-da satışa çıxarılıb.
110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP