Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2019

Qaraciyəri toksinlərdən təmizləyən qidaların - Siyahısı

Toksinlərdən xilas olan qaraciyər ümumi sağlamlığı və zahiri görünüşü yaxşılaşdırır.

Qaraciyərin toksinlərdən təmizlənməsi prosesini sürətləndirən ərzaqların siyahısı:

Su

Təmiz içməli su qaraciyər üçün ən yaxşı köməkçilərdən biridir. Həkimlər günə bir stəkan su içməklə başlamağı və onu eyni tərzdə - su içməklə başa vurmağı məsləhət görürlər. Kifayət miqdarda su orqanizmi kimyəvi maddələrdən və toksinlərdən – onun əsas filtri olan qaraciyərdən keçən bütün komponentlərdən xilas olmağa şərait yaradır. Onların bədəninizdə uzun müddət qalmasının istəmirsinizsə, o zaman su için.

Sarımsaq

Sarımsağın tərkibindəki kükürd birləşmələri qaraciyər fermentlərini aktivləşdirməyə kömək edir, bununla da onun süzgəcdən keçirmə qabiliyyətini gücləndirir. Bundan başqa, sarımsaq allisin və selenlə zəngindir ki, bu maddələr də qaraciyəri zədələnmələrdən qoruyurlar.

Sarıkök

Bu ədviyyatdan istifadə qaraciyər hüceyrələrinin regenerasiyasını stimullaşdırır, həmçinin ödün təbii ifrazını artırır. Bu da toksinlərin bədəndən xaric edilməsi prosesini sürətləndirir.

Limon

İlıq su və limondan ibarət içki – qaraciyəri təmizləmək üçün əla vasitədir. Belə bir məlumat var ki, qaraciyər limonlu suya cavabında daha çox ferment ifraz edir.

Alma

Almanın tərkibində çox güclü flavonoidlər var ki, bunlar da orqanizmdə baş verən iltihab proseslərinə qarşı mübarizə aparmağa qadirdir. Bununla yanaşı, meyvənin tərkibinə orqanizmi arzuolunmaz maddələrin toplanmasından təmizləməyə kömək edən pektin kimi sellüloz daxildir.

Çuğundur

Az qulluq tələb edən bu tərəvəz öd yollarını toksik zədələnmələrdən əla müdafiə edir.

Avokado

Avokadonun tərkibindəki birləşmələr orqanizmi qaraciyər zədələnmələrindən yaxşı müdafiə edir. Xüsusən onlar orqanı zəhərli maddə olan qalaktozaminlə zədələnməkdən müdafiə edirlər.

Keşniş

Bu göyərti orqanizmdən ağır metalları kənarlaşdırmaq xassəsinə malikdir. Ağır metalların təsirindən qaraciyərdə ciddi zədələr əmələ gəlir.
192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
Go to TOP