Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2019

Ağ Evdə İranla bağlı mühüm iclas-Sanksiyalar azaldılır

Bu gün (bazar günü) Ağ Ev rəsmiləri İrana qarşı sanksiyaları yumşaltmaq barədə toplaşıb.

CNN-in Tramp dövlətinin iki rəsmisinə əsasən verdiyi xəbərə görə, Ağ Evdə baş tutan iclasda Fransanın verdiyi layihənin icrası, BMT-də ABŞ prezidenti Tramp və İran prezidenti Həsən Ruhani arasında mümkün görüş yolunu açmaq üçün İrana qarşı sanksiyaların azalması ilə bağlı danışıqlar olub. 

İki amerikalı rəsminin sözlərinə görə, Maliyyə Nazirliyi hələ ki, Ağ Evin İrana qarşı sanksiyaları azaltmaq və ya Fransanın təklif etdiyi 15 milyard dollar dəyərində maddi yardım barədə öz layihəsini təqdim etməyib.
ABŞ maliyyə naziri Stiven Mnuçin cümə axşamı Vaşinqtonun Tehrana qarşı sanksiyaları azaltmaqla bağlı yayılan xəbərlərə münasibət bildirərək deyib: “Fransa prezidenti Makron və bu ölkənin maliyyə naziri Brüno Lömer ilə birbaşa danışıqlarımız oub. Onlar yaxşı başa düşürlər ki, bu işin həyata keçməsi üçün Ağ Evə ehtiyac vardır və bu, hazırkı zamanda bizim nəzərdə tutduğumuz məsələ deyildir.”
173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
Go to TOP