Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2019

İldə bu qədər soğan yeyib xərçəng riskini azaltmaq olur

Çin alimləri xərçəng riskinin azaldılması ilə bağlı yeni araşdırma aparıblar.

Onların apardığı araşdırmaya görə, müəyyən pəhriz proqramı ilə xərçəng riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Alimlərə görə, konkret olaraq yoğun və düz bağırsaq xərçəngi ilə mübarizə aparmaq üçün bol soğan yemək lazımdır.

Bunun üçün bir insanın il ərzində təqribən 16 kiloqram soğan yeməsi kifayət edir. Soğan bağırsaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldan məhsuldur. Bunun üçün soğanın bütün növləri faydalı sayılır. Soğan, eləcə də sarımsaqla zəngin bir pəhriz, sağlam həyat tərzi ilə birlikdə xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Mütəxəssislər, bu növ xərçəngin qarşısını almaq üçün, liflə zəngin qidaları, xüsusən də tərəvəzləri və bütün dənli bitkiləri qida rasionuna daha çox daxil etməyi məsləhət görürlər. Bundan əlavə, mütəxəssislər aktiv həyat tərzi keçirməyi tövsiyə edirlər.
108 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
Go to TOP