Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2019

Sionist rejimin raket atası İrana görə yenə papağını başından çıxartdı

İranın raket istehsalı sionist rejimi heyran qoyub.

Sionist rejimə bağlı “İsrail Times” qəzeti yazıb: “İranın hərbi qüvvələri “Ləbbeyk 1” adlı yeni qurğu istehsal ediblər. Bu qurğu artilleriya raketlərini Yer-Yer raketləri səviyyəsinə yüksəldir.”
Sionist rejimin raket istehsalının atası Uzi Rubin bu barədə deyib: “Təzə qurğuda olan yenilik aerodinamik spoylerlərdir. Bu çox nadirdir və indiyədək heç bir ölkədə müşahidə edilməyib.”

Uzi Rubin əlavə edib: “Başqalarından kopyalamaq əvəzinə orjinal və yeni layihənin üzərində işləmək özünə güvəni göstərir. Əlbəttə, bu, Netanyahu və İsrail hərbi qüvvələrinin qırmızı xətt adlandırdığı “hədəfi dəqiq vuran” raket layihəsinin özüdür. Əgər həssas təsisatlar bu raketlərdən atəşə tutulsa, ölkənin hava müdafiəsi sahəsi onunla mübarizə aparmağa qadir deyil.”

Sionist rejimin raket sənayesi atası Uzi Rubin bundan əvvəl İranın “Fateh 110” raketi istehsalının açılışı zamanı iranlı mühəndislərin bacarığı barədə demişdi: “Mən onlarla düşmənəm, lakin İranın raket gücünə hörmət olaraq başımdan papağımı götürürəm.”
289 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP