Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2019

Almaniyada yenidən yəhudiləri öldürürlər – FOTO

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxslər insan kütləsinə odlu silahdan atəş açıblar.

“RİA “Novosti” xəbər verir ki, atışma yerli sinaqoq yaxınlığında olub, bu zaman yəhudilər “Yom Kipur” dini bayramını qeyd etmk üçün məbədə toplaşıblar.

Cinyətkarlar yəhudi qəbiristanlığına qumbara da atıblar. Onlar sinaqoqa daxil olmağa cəhd ediblər.  

Hüçum küçə kameralarına düşüb: cinayətkarlardan biri maşında çıxaraq dərhal tüfəngdən atəş açır.

Hücum nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Bir müddət sonra polis cinayətkarlardan birinin tutulması haqda xəbər yayıb, axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Almaniyanın Baş prokurorluğu hadisənin istintağına başlayıb.

93 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
Go to TOP