Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2019

Həmas: İşğalçıların şəhərlərini kabuslar şəhərlərinə çevirəcəyik

“Əl-Məyadin” telekanalının verdiyi xəbərə görə, HƏMAS Siyasi Ofisinin baş katibi Yəhya əl-Sinvar deyib: “Düşmən regionda tayfa ixtilafları yaradaraq fürsətdən istifadə edib Fələstin ideyalarını məhv etməyə səy edir. Düşmən bilsin ki, Fələstinin azad olunması və işğal edilmiş torpaqların geri qayıtması üçün Qəssam, Qüds və Fələstinin digər müqavimət qruplarında 70 min gənc vardır.”

Siyasi Ofisin rəhbəri ərəb dövlət başçılarını da tənqid edərək deyib: “Sionistlər Amerika prezidentinin dəstəyi ilə hərəkət edirlər. Amerika prezidenti isə Ərəbistanın paytaxtı Riyadda Qüdsü yəhudilərin paytaxtı elan etdi, lakin heç kəs buna etiraz etmədi. 2017-ci ilin ortalarından başlayaraq ərəb dövlətləri başçılarının sionist rejimlə münasibətləri normallaşdırmaq və bu rejimlə müzakirə istiqamətində təmayülləri başlamışdır.”
İşğalçılara qarşı mübarizədə İranın dəstəyinə toxunan Əl-Sinvar deyib: “Bizim gücümüzün yaranmasında Allahın böyük inayətindən sonra İran dayanır. İranın dəstəkləri olmasaydı hal-hazırda olduğumuz mərhələyə yetişə bilməzdik. İran bizə pul, silah və təcrübələr verdi. Halbuki, ərəb qardaşlarımız bizə köməklərini əsirgədilər və bizi zəlil etməyə təlaş etdilər. Ərəb ölkələri öz qapılarını bizim üzümüzə bağladılar və Amerika ilə müzakirəyə çağırdılar.”

HƏMAS Siyasi Ofisinin rəhbəri düşmənə bir daha xəbərdarlıq edib: “Bizim Qəzzədə diqqəti çəkən həddə hərbi gücümüz vardır və düşmən onu hesaba alır. Bizim yüz kilometrlərlə tunellərimiz, yerin altında və üstündə yüzlərlə nəzarət otaqlarımız, minlərlə pusqumuz vardır. Düşmən bizə hücum etmək fikrinə düşsə, işğalçıların şəhərlərini kabuslar şəhərlərinə çevirəcəyik. Bizim silahlarımız vardır ki, onları gənclərimiz Qəzzədə düzəltmişdir.”
87 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP