Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2019

Sionist rejimin 6 qırıcısı Livanın hava məkanını pozdu

“Ən-Nəşrə” telekanalının verdiyi xəbərə görə, Livan ordusu bəyanat yayaraq sionist qırıcılarının bu ölkənin hava məkanını pozduğunu bildirib. Bəyanatda deyilir: “Sionist rejimə məxsus 6 qırıcı dünən axşam və bu gün səhər vaxtı Livanın hava məkanını pozmuş, Əlma əş-Şəəb, Beyrut və onun ətrafı, Bəəbda, şərqi və qərbi Bəqa üzərində uçuşlar həyata keçirmiş, sonra işğal edilmiş Fələstin ərazilərinə qayıtmışdır.”

Livan ordusu sionist rejiminə aid qayıqların da Livan su sərhədlərini pozduğunu bildirib.
Bəyanatda vurğulanır ki, məsələ UNİFİL-lə (BMT-nin Livandakı Sülhməramlı Qüvvələri) müzakirə edilmiş və lazım olan əlaqələndirmə həyata keçirilmişdir.
86 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP