Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2019

İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb

İraq kəşfiyyatı cümə axşamı Salah əd-Din əyalətinin şərqində İŞİD terror qruplaşmasının iki liderini saxlayıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Kəşfiyyat Xidmətinin direktoru Firas əl-Zubeidi “al-Sumaria” telekanalına açıqlamasında deyib.

O bildirib ki, kəşfiyyatçıların ayıq-sayıqlığı nəticəsində Tuz-Xurmatu şəhərində iki İŞİD lideri saxlanılaraq zərərsizləşdirilib.

Direktorun sözlərinə görə, tutulan şəxslərdə silah və sursatlar aşkarlanıb.

Lakin terrorçuların adları açıqlanmayıb.
81 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP