Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2019

Ruslar Rakkaya girdi – Şəhər yaşayış üçün hələ də yararsızdır

Suriyada Döyüşən Tərəflərin Razılaşma Mərkəzinin zabiti Vladimir Varnavski Rusiya ordusunun Suriyanın Rakka bölgəsinə girdiyini və orada ərzaq paketləri payladığını bildirib.

Rus hərbi həkimlərinin də şəhərə gətirildiyi ifadə edilib.

Rusiyalı zabit bildirib ki, onlar bütün ehtiyacı olanlara lazımi köməyi göstərməyə hazırdırlar.

Varnavski qeyd edib ki, ABŞ bütün yerli infrastrukturu tamamilə məhv edib.

“Mübahisəli hava və artilleriya hücumlarının qurbanları minlərlə dinc sakin idi. Şəhər hələ də dağıntılardan, minalardan təmizlənməyib, içməli su, dərman və qida çatışmazlığı var”, – deyə o bildirib.
208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP