Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2020

Sudan Türkiyə əleyhinə koalisiyaya qoşuldu

Qətər KİV-lərindən biri xəbər verib ki, Misir Kəşfiyyat Xidməti rəisinin Sudan və Cənubi Sudan ölkələrinə səfərində Liviya məsələsinin birdəfəlik qurtarması məqsədilə 2000 sudanlı silahlının Liviyaya göndərilməsi üçün razılıq əldə olunub.

Xüsusi məlumatlı mənbələr Misir Ümumi Kəşfiyyat Xidməti rəisi general Abbas Kamilin ötən həftə Sudan və Cənubi Sudana səfərinin məqsədinin təkcə “Ən-Nəhzə Su Anbarı” ilə bağlı Sisinin məktubunu bu ölkələrə çatdırmaq olmadığını bildirib.
“Əl-Ərəbiyyul-cədid” xəbər agentliyinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, Abbas Kamil Cənubi Sudanda silahlı qrupların komandirləri, xüsusilə də Sudan Çevik Alayı Qüvvələrinin komandiri “Həmidati” ləqəbilə tanınan Məhəmməd Həmdan Daqlu ilə görüşüb.
Görüşdə təcrübəli silahlı qüvvələrin Liviyaya köçürülməsi və bu ölkədə 4 ay müddətində hərbi əməliyyatlara qatılması məsələləri müzakirə olunub.
Mənbələr deyib: “Liviyada silahlı qüvvələrin komandiri general Xəlifə Haftar öz planına əsasən, Ramazan ayı başlayana kimi Trablos məsələsini hərbi yolla birdəfəlik həll etmək istəyir. Ona görə də qarşıdakı zamanda döyüşlər şiddətlənəcək.”

“Əl-Ərəbiyyul-cədid”-in yazdığına görə, Həmidati çoxlu sayda silahlı qüvvəni Liviyaya göndərəcək.
Mənbələr həmçinin vurğulayıb ki, Abbas Kamil komandirlərlə gizli görüşündə 2000 təlim görmüş silahlı qüvvənin Liviyaya göndərilməsi ilə bağlı razılığa gəlib.
Misirin bu fəallığı onun Liviya məsələsinin idarə olunmasında rolu istiqamətində baş tutur və Fars körfəzinin ərəb ölkələri də Misir və Sudan arasında bu razılaşmanı himayə edir və sudanlı silahlıların Liviyada iştirakına maddi dəstək verəcək.

Mənbələrin bildirdiyinə görə, ərəb koalisiyasının bu təlaşları Türkiyənin məntəqədə və Afrikada nüfuzuna zərbə vurmaq istiqamətində baş tutur. Hal-hazırda Riyad və Əbu Dabi üçün Türkiyənin hakim rejimini devirmək əsas məqsəd daşıyır. Misir bu işdə uğurlu əməl etsə, Ən-Nəhzə Su Anbarı ilə bağlı Ərəbistan və BƏƏ-nin daha çox dəstəyini qazanacaq.

Qeyd edək ki, Həmidətinin komandanlığı altında olan Sudan Çevik Alayının qüvvələri bədnam Cancavidlər ünsürlərindən təşkil olmuşdur. Bu ünsürlər Dafurda insanlıq əleyhinə cinayətlərə mürtəkib olduqları üçün Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hərbi canilər siyahısına düşüblər.
Digər tərəfdən Ərdoğan da Liviyada Razılaşdırma Hökumətinə hərbi dəstək məqsədilə Cəbhətun-nusrə kimi BMT tərəfindən terror qruplar siyasıhına daxil edilmiş qrupların ünsürlərindən ibarət terrorçuları bu ölkəyə göndərmişdir.
302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP