Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2020

Liviyada daha 5 Türkiyə hərbçisi öldürüldü

Xəlifə Haftarın komandanlığı altında olan Milli Ordu dünən gedən döyüşlərdə daha 4 türk hərbçi və bir Türkiyə dəstəkli terrorçunun öldüyünü xəbər verib.
Milli Ordunun qərb məntəqəsi əməliyyat qrupunun komandiri general Məbruk əl-Ğəzəvi deyib: “Milli Ordu briqadaları tərəfindən uzun zaman mühasirəyə alınmış türkiyəli həbrçilər Eyn Zarə istiqamətində öldürülüb, bir suriyalı komandir isə aldığı yaralara görə əsir düşdükdən sonra ölüb.”
General bildirib ki, cəsədlər Milli Ordunun ixtiyarındadır və onların ailələri Qırmızı Aypara Cəmiyyəti vasitəsilə öz ölülərini təhvil ala bilərlər.
“Sputnik”-in bildirdiyinə görə, Əl-Ğəzəvi vurğulayıb: “Türkiyənin dəstəklədiyi terrorçular ölümdən qabaq 10 türkiyəli və 8 suriyalının döyüş meydanında olduğunu, lakin zirehli texnikaların hədəfə alınmasından sonra döyüşdən qaçdıqlarını etiraf edib. Onlar Maytiqə hərbi bazasından kömək istəsələr də, yardımçı qüvvələrin mühasirəyə alınması üzündən həmin yerə gələ bilməyiblər.”
Liviya Milli Ordusunun mətbuat katibi Əhməd əl-Mismari da Türkiyəyə ismarış göndərərək bildirib ki, Türkiyə öz hərbçilərinin cəsədlərini və zirehli texnikalarını təhvil almaq üçün onlarla təmas saxlasın.
233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP