Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2020

Yəmənli qüvvələr düşmən koalisiyasına aid Əl-Bənat düşərgəsini ələ keçirib

“Əl-Məyadin” telekanalınn hərbi mənbəyə istinadla verdiyi xəbərə görə, Yəmən ordusu və xalq komitələri qüvvələri Cəvf və Mərəb əyalətləri arasında yerləşən Əl-Bənat hərbi düşərgəni ələ keçirib.
Bu xəbərə görə, Yəmən ordusu Cəfv əyalətinin mərkəzi Hazm şəhərini düşməndən təmizlədikdən sonra strateji Əl-Bənat düşərgəsini ələ keçirib.
Bu düşərgə Yəmən əleyhinə ərəb koalisiyasının ən böyük bazalarından sayılır.
Qeyd edək ki, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general Yəhya Sərii 18 martda Cəvf əyalətinin düşməndən tamamilə təmizləndiyini xəbər vermişdi.
Habelə, dünən gecə Yəmən ordusu Ərəbistanın paytaxtı Riyad və Cizan şəhərlərində mühüm hərbi və iqtisadi obyektləri “Zulfəqar” balistik raketi və “Simad 3” dronları ilə vurmuşdur.
Ərəbistan bu xəbəri təsdiq edərək raketləri izləyərək məhv etdiyini və buna aid görüntüləri yaysa da, sonradan video-görüntülərdə Patriot havadan müdafiə sistemlərinin sıradan çıxdığı göründüyündən bu videoları silməli olub.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bu əməliyyatı Ərəbistanın daxilində aparılan ən böyük əməliyyat sayaraq onun təfərrüatları barədə tezliklə açıqlama verəcəklərini bildirib.
228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP