Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2020

Könüllülərə zəng edən Merkelə şok cavab: "İndi bu cür zarafatlar edəcək zaman deyil”

Almaniya Kansleri Angela Merkel COVİD-19 infeksiyasına qarşı könüllü fəaliyyət göstərənləri təbrik etmək üçün onlara zəng edib. Amma könüllülərin qərargah rəhbəri isə telefonu götürdükdən sonra Kanslerin üzünə bağlayıb.

Könüllülərin qərargah rəhbəri Andre Muviek telefonun dəstəyini qaldırdıqdan sonra zəng edən şəxsin Merkel olduğuna inanmayıb. Və Merkelə “indi bu cür zarafatlar edəcək zaman deyil” cavabını verərək telefon dəstəyini asıb. Bundan sonra Merkel mətbuat xidmətinə vəziyyəti izah edib. Kanslerin mətbuat xidməti araya girərək könüllülərə onlara zəng edən şəxsin gerçəkdən Merkel olduğunu bildirib.

Könülülər bundan sonra xanım Merkelin telefon zəngini gözləməyə başlayıb. İkinci dəfə zəng edən Kansler könüllülərin bu addımının bir örnək olduğunu deyərək, onları təbrik edib. Alman mediasına danışan Andre Muviek deyib ki, zəng edən şəxs özünü Angela Merkel kimi təqdim edib:

“Düşündüm ki, telefon zarafatıdır. Beləcə zarafat üçün zaman olmadığını mədəni şəkildə deyərək, telefonu qapatdım”.
244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP