Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2020

Elm adamları viruslar qarşısında aciz olduqlarını etiraf etdi: “Cəmi 1%-nə bələdik”

Koronavirusun dünyamızda sürətlə yayılması ümumilikdə virusların öyrənilməsi və tədqiqi ilə bağlı elmi araşdırmalara təkan verib. Lakin bu günlərdə Hollandiyanın elm adamlarının verdiyi bəyanat dünya elminin bu məsələdə fantastik dərəcədə geridə qaldığını üzə çıxarıb.

Mütəxəssislər elm dünyasının planetimizdə mövcud olan virusların cəmi 1%-i haqqında məlumatlı olduğunu bildirib. Qalan 99% isə bu gün də elm aləmi üçün öyrənilməmiş olaraq qalır.

Mütəxəssislər sudakı viruslar haqqında da maraqlı məlumatlar təqdim ediblər. Cəmi 1ml suda 10 milyonadək virusun olduğunu bildirən elm adamları, bu virusların əksəriyyətinin insana keçmək və onu öldürmək qabilyyətinə malik olmadığını bildirib. Vurğulanıb ki, viruslar yalnız cihazların, filtrlərin köməyi ilə deyil, həm də qida kimi xidmət etdikləri orqanizmlərlə də aradan qaldırıla bilər. Təcrübə nəticəsində elm adamları dəniz canlılarının insanları viruslardan qoruduğu qənaətinə gəliblər. Alimlərin fikrincə, gələcəkdə onların texnologiyası quruda istifadə oluna bilər.
281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP