Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2020

İran Tarixi və Mədəniyyəti Mərkəzinin direktoru: Sionist rejimin məntəqədə hüzuru qafqazlı qadın və uşaqların ölümündən başqa bir nəticə verməyəcək

Doktor Məhəmməd Pərğu: Xərçəng şişi, uşaq qatili və qondarma İsrail rejiminin Qafqaz məntəqəsində hüzuru qafqazlı qadın və uşaqların ölümündən başqa bir nəticə verməyəcək. Necə ki, hər gün işğal edilmiş Fələstin ərazilərində uşaqların qətlə yetirilməsinin və humanitar faciənin şahidiyik.

Qafqaz Həqiqətləri “Aran” Xəbər Agentliyinə istinadla xəbər verir ki, Ermənistanın işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq və təyin edilmiş vaxta uyğun olaraq səfir göndərməklə bağlı verdiyi qərar Qafqaz regionunun ekspertləri və təhlilçilərinin ciddi narahatlığına səbəb olmuşdur. Bu qərar həyata keçəcəyi surətdə İranın bir nömrəli düşməninin onun şimal sərhədlərində nüfuzunun genişlənməsi mənasınadır və Qafqaz məntəqəsində çox mənfi nəticələr yarada bilər. Bu məsələ ilə bağlı Təbriz Universitetinin prorektoru, İran Tarixi və Mədəniyyəti Mərkəzinin direktoru doktor Məhəmmədəli Pərğudan müsahibə alınmışdır. Müsahibəni sizə təqdim edirik:

– Cənab doktor, sizi salamlayır, yeni ilinizi və Şəban ayı bayramlarınızı təbrik edirik.

Sionist rejiminin Qafqaz məntəqəsinə nüfuz etməyə təlaşı barədə sizin fikrinizi bilmək istəyirik.

– Allahın adı ilə. Mən də qarşılıqlı olaraq bu gözəl günlər münasibətilə sizi və oxucularınızı təbrik edirəm və arzu edirəm ki, şübhəli korona virusunun yayılması və ondan irəli gələn xəstəliklər tezliklə aradan qalxsın.

“İsrail” xərçəng şişinin nüfuzu ilə bağlı deyə bilərəm ki, bu rejimin Qafqaz regionu münaqişələrində hüzur və nüfuzu çox qabarıq görünməkdədir və onun ən mühüm alətləri təhlükəsizlik-kəşfiyyat və hərbi texnologiyadır. Sionist rejim bu vasitələrlə regional münaqişələrdə ciddi hüzura malik olmağa və mümkün olan surətdə rol ifa etməyə səy göstərir. Gürcüstan və Rusiya münaqişəsində bu hüzur və nüfuzu obyektiv şəkildə gördük və Qarabağ münaqişəsində (Azərbaycan və Ermənistan arasında) bu rejimin siyasi, hərbi və təhlükəsizlik sahələrində ciddi fəaliyyətlərinin əlamətlərini aşkar şəkildə gördük.

– Sizcə, qondarma İsrail rejiminin məntəqəyə ən mühüm nüfuz aspekti hansıdır?

– Mənə elə gəlir ki, sionist rejimin Qafqazda ən mühüm fəaliyyət aspekti onun casusluq aspektidir. Mövcud xəbərlər və təhlükəsizlik-kəşfiyyat təşkilatlarının təcrübələri göstərir ki, bu xərçəng şişinin əsas fəaliyyəti casusluqdur. Regional müharibə və münaqişələrdə müasir silahları satdıqdan və hərbi qüvvələrin iştirakından sonra onlar təlim bəhanəsi ilə hərbi və təhlükəsizlik təşkilatlarının əməkdaşları ilə əlaqə yaradırlar. Habelə, müasir casusluq cihazları işə salmaqla məntəqə ölkələrində öz nəhs məqsədləri istiqamətində addım atırlar.

– Sionist rejim Qafqazda hansı maraqlar ardıncadır və bu rejimin bununla bağlı strategiyası hansıdır?

– Bu barədə deməliyəm ki, siyasətçilərin, xalqın, Qafqaz məsələləri üzrə ekspertlərin diqqət etməli olduğu məsələ odur ki, son illərdə sionist rejim beynəlxalq və nəhs proqramları ilə yanaşı Qafqazda 4 əsas maraq ardıncadır: (müqavimət hərəkatının əsas stimulu kimi) məhdəviyyət mədəniyyətini məhv etmək; İranı mühasirəyə almaq; Azərbaycan Respublikasının neft və qazını talamaq; Azərbaycan Respublikasına Qarabağı azad etmək və Ermənistana Qarabağı işğalda saxlamaq üçün müvəqqəti olaraq silah-sursat satmaq.

Bu rejimin Rusiya-Gürcüstan münaqişəsindən faydalanmasına da işarə etdim.

Azərbaycan Respublikasının müdafiə və Qarabağı azad etmək məqsədilə sionist rejimdən hərbi silah və təchizat aldığının dəfələrlə şahidi olmuşuq. Lakin buna baxmayaraq hiss ediləcək səviyyədə heç bir hərbi uğur əldə olunmayıb və bu ölkə uşaq qatili olan sionist rejimin silah anbarına çevrilib, bu ölkə ordusuna həmin silah və təchizatlardan istifadə etmək icazəsi verilməyib. Digər tərəfdən və münaqişənin digər tərəfi olan Ermənistandan da işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq və sionist rejimlə münasibətləri genişləndirmək xəbərləri gəlməkdədir. Sözsüz, sionist rejimin Ermənistana hərbi silah-sursat satması Azərbaycan Respublikası və İslam müqəddəs torpağı-Qarabağı müdafiə edənlər əleyhinə tamamlanacaq.

Uşaq qatili olan sionist rejim əxlaq və insanlığın mənasını bilmir, öz nəhs nüfuzu və məntəqə münaqişələrindən suistifadə etməklə silah satmaq və ölüm alqı-satqısı ardıncadır.

– Sonda bu məsələ ilə bağlı demək istədiyiniz bir məsələ varsa, buyurun.

– Mən öz növbəmdə xəbərdarlıq edirəm ki, məntəqə ölkələri sionist rejimin istismarçı və anti-bəşər tələsinə düşməmək üçün digər vaxtlardan daha artıq ayıq-sayıq olmalıdır. Çünki sionist rejim sübuta yetirib ki, öz münasibətlərində heç bir əxlaqi və insani dəyərləri nəzərə almayacaq. Xərçəng şişi, uşaq qatili və qondarma İsrail rejiminin Qafqaz məntəqəsində hüzuru qafqazlı qadın və uşaqların ölümündən başqa bir nəticə verməyəcək. Necə ki, işğal edilmiş Fələstin ərazilərində hər gün uşaqların qətlə yetirilməsi və humanitar faciənin şahidiyik.

– Bizə vaxt ayırdığınız üçün sonsuz minnətdarlıq edirik.

– Mən də təhlükəli, şübhəli və bütün dünyanı öz caynağına almış korona virusun yayılması üzündən yaranmış bir durumda bir çoxlarının diqqət yetirmədiyi məsələni işıqlandırdığınıza görə sizə təşəkkür edir və uğurlar arzulayıram.
230 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP