Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2020

5 ölkədən Türkiyə əleyhinə birgə bəyanat

Misir, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Yunanıstan və Kipr ölkələri Türkiyənin Liviyada müdaxiləsinə münasibət bildirərək birgə bəyanat yayıblar.

“Rusiya əl-Yəvm” qəzetinin yazdığına görə, Misir, BƏƏ, Fransa, Yunanıstan və Kipr bazar ertəsi günü yaydıqları birgə bəyanatda Türkiyənin Liviyada hərbi müdaxiləsi pislənilir.
Bu ölkələr Ankara dövlətindən muzdlu döyüşçülərini Suriyadan Liviyaya göndərməməyi tələb ediblər.
Liviyada qarşıdurmaların dayandırılmasına aid beynəlxalq çağırışlara baxmayaraq Türkiyə bu ölkədə hərbi müdaxiləsini davam etdirir.

Bu istiqamətdə üsyançı general Xəlifə Haftara bağlı Liviya Milli Ordusunun mətbuat katibi Əhməd əl-Mismari Türkiyənin öz dəstəyində olan 17 min terrorçunu Suriyadan Liviyaya köçürməsini xəbər verib.
“Rusiya əl-Yəvm” saytının bildirdiyinə görə, Əl-Mismari deyib ki, Misir, BƏƏ, Yunanıstan, Fransa və Kpirin birgə bəyanatı Liviya Milli Ordusunu beynəlxalq səviyyədə qanuni olaraq tanımaq və bu ordunun terrorizmlə mübarizəsinə təkid etməkdir.

Bəyanatda Türkiyənin Liviyada müdaxiləsinin məntəqənin sabitliyi üçün təhdid olduğu vurğulanır.
Mətbuat katibi Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatını və Rəcəb Təyyib Ərdoğanın Liviyada xülyalarını da rədd edərək deyib: “Ərdoğanın Liviyada röyalarına son qoyulacaq.”
125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP