Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2020

Türkiyənin döyüşmək üçün Liviyaya göndərdiyi uşaqlardan 16-sı həlak olub

Suriya İnsan Haqları Təşkilatının bu gün (çərşənbə) verdiyi açıqlamaya görə, Türkiyənin döyüşmək üçün Liviyaya göndərdiyi 150 uşaqdan 16-sı həlak olub.
“Sky News Arabia” xəbər telekanalının saytında yer alan məlumata görə, Suriya İnsan Haqları Təşkilatı bildirib ki, Türkiyənin muzdlu döyüşçüləri Liviya ərazisinə köçürməsi davam edir və ezam edilmiş qüvvələrin sayı 12250 nəfərə çatır. Onlardan artıq 287 nəfəri Liviyada gedən döyüşlərdə həlak olub.
İnsan Haqları Təşkilatı əlavə edib ki, Türkiyə Liviyada döyüşmək üçün 150 uşaq göndərmişdir. Bu uşaqların çoxunun yaşı 18-dən aşağıdır. Onlar əvvəl iş bəhanəsi ilə ailələrinin xəbəri olmadan İdlib və Hələbin şimalından Afrinə aparılıb, sonra Türkiyənin tabeliyində olan silahlı birləşmələrə üzv olunub və Milli Razılaşma Hökuməti yanında Xəlifə Haftar qüvvələri əleyhinə döyüşmək üçün Liviyaya göndərilib.
Ötən gün Liviya Milli Ordusu adlanan qiyamçı qüvvələrin mətbuat katibi Əhməd əl-Mismari da jurnalistlərə verdiyi açıqlamasında Türkiyənin bu ölkəyə 17 min terrorçu göndərdiyini bildirdi.
O, həmçinin Misir, BƏƏ, Yunanıstan, Fransa və Kiprin Türkiyə əleyhinə birgə bəyanatını Liviya Milli Ordusunun beynəlxalq səviyyədə rəsmi tanınması adlandırdı.
Bəyanatda Türkiyənin Liviyada hərbi müdaxiləsi pislənilir.
146 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
04.06.20, 08:58
4 iyunda gözlənilən hava
01.06.20, 08:34
İyunda hava necə olacaq?
Go to TOP