Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2020

Trampa ağır sözlər: Beyni olsaydı…

Trampın beyni olsaydı, insanları birləşdirmək üçün çıxıb bir şeylər vəd edərdi.

Bunu “San Antonio”nun baş məşqçisi Qreqq Popoviç ABŞ Prezidenti Donald Trampı tənqid edərkən deyib.

O bildirib ki, Tramp insanları bir araya gətirməyə əhəmiyyət vermir.

Q.Popoviçin sözlərinə görə, Prezidentin çıxıb yalnız “qaradərililərin həyatı önəmlidir” deməyi vacibdir:

“Sadəcə, bu üç kəlməni söyləyə bilər. Ancaq söyləməz və söyləməyəcək də. Sistemin dəyişməsi vacib məsələdir. Mən kömək etmək üçün əlimdən gələni edəcəyəm, çünki liderlər bunu edirlər. Ancaq Tramp bizi düz yola gətirmək üçün heç bir şey edə bilməz, çünki lider deyil”.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi etirazlara səbəb olub.
188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP