Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2016

Bəsrəli İbn Məsud İmam Hüseynə (ə) kömək edə bildimi?

Sözsüz, Allah Yer üzünü xeyir hidayətçisindən və qurtuluşçusudan boş qoymur
İmam Hüseyn (ə) Bəsrə böyüklərindən bir dəstəsinə məktub yazır və onu Süleymanın vasitəsilə Bəsrəyə göndərir. Məktubda belə yazılırdı: “Mən sizi haqqı diriltməyə və bidəti məhv etməyə dəvət edirəm. Məni dinləyib, göstərişlərimə itaət etsəniz, onda sizi düz yola hidayət edərəm. Vəssəlam!”
Bəsrənin böyüklərindən olan Yezid ibn Məsud həzrətin məktubuna cavab olaraq yazır: “... Sözsüz, Allah Yer üzünü xeyir hidayətçisindən və qurtuluşçusudan boş qoymur. Siz Yer üzündə Allahın xalqa höccətlərisiniz. İstədiyin işi başla və qələbə səninlədir. Bəni Təmim və Bəni Səd qəbilələrini sənə itaət etməyə hazırlamışam”.
Həzrət onun məktubunu oxuduqdan sonra dua edərək buyurur: “Allah qorxu günündə səni amanda saxlasın, böyük susuzluq günündə teşnəliyini aradan qaldırsın və səni əziz etsin!”
Ancaq Yezid ibn Məsud Hüseynin (ə) köməyinə yetişə bilmir və həzrətə tərəf yola düşmək istəyəndə İmamın (ə) şəhadət xəbərini ona verirlər.
Amma Bəsrədən Yezid ibn Nübeyt öz oğlanları Abdullah və Übeydullahla birgə İmama (ə) qoşulmaq üçün Bəsrədən Məkkəyə gəlir və Kərbəlada o həzrətlə birlikdə şəhid olurlar.


2685 بازدید
در حال ارسال اطلاعات...