Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2016

Ziyarət tozu

Böyük mərhəmət və kəramət sahibi olan Əhli-beytin (ə) ziyarətinin tozu da təsirlidir.
Böyük mərhəmət və kəramət sahibi olan Əhli-beytin (ə) ziyarətinin tozu da təsirlidir. Əbül Həsən Cəmaləddin Əli ibn Əbdül Əziz Mosuli Hilli fəzilətli insan, böyük Əhli-beyt (ə) şairi olmuşdur. Bu şəxs hicri-qəməri 750-ci ildə Hillə şəhərində dünyasını dəyişmiş və orada dəfn olunmuşdur.
Qazi Nurullah Şüştəri “Əl-məcalis” kitabında yazır ki, bu şəxsin ata-anası nasibi olmuşdur. Anası nəzr etmişdi ki, əgər Allah ona oğlan övlad versə, onu Hüseyn (ə) ziyarətçilərini qarət etmək üçün göndərəcək. Onun oğlu oldu. Oğlan boya-başa çatdıqdan sonra anası nəzrini yerinə yetirmək üçün onu ziyarətçilərin keçdiyi yola göndərdi. Oğlan Kərbəla yaxınlığına çatıb ziyarətçilərin yolunu gözlədi. Amma yuxu onu apardı. Oğlan yuxuda olduğu vaxt karvan ötüb keçdi. Karvanın qaldırdığı toz oğlanın üz-gözünə qondu. Həmin vaxt yuxuda gördü ki, Qiyamət qopub və əmr olunub ki, onu cəhənnəmə atsınlar. Amma ziyarətçilərin ayağından qalxan toz onun üz-gözünə qonduğundan od təsirsiz olub. Oğlan öz çirkin işindən dəhşətə gəlmiş halda yuxudan oyandı. Həmin vaxtdan Əhli-beyt (ə) yolunda çalışdı. Uzun müddət Kərbəlada, Hüseyn hərəminin yaxınlığında yaşadı. Əbül-Həsən Əhli-beyt (ə) haqqında bir çox şerlər yazmışdır.

Qiyamət odundan qurtulacaqsan
Hüseyni (ə) ziyarət etdiyin zaman.
Qonarsa üzünə ziyarət tozu,
Cəhənnəm odunda yanmazsan azı.


2726 بازدید
در حال ارسال اطلاعات...