Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2017

Ayətullah Kaşifül-Ğita: Bizim hamımızın qəlbi sizin əleyhinizədir

Kaşifül-Ğita dünyada İngiltərənin dünyadakı cinayətlərini ona xatırladır
Ayətullah Kaşifül-Ğita daim siyasi məsələlərə müdaxilə edirdi. Dini siyasətdən ayrı bilən bəzi səhv düşüncəlilər ondan siyasətə müdaxilə etməsinin səbəbini soruşurlar. Böyük alim belə cavab verir: “Əgər siyasət nəsihət, hidayət, yolgöstərənlik, fəsaddan çəkindirmə, moizə və istismarçılarla mübarizədirsə, mən siyasət əhliyəm. Bəli, başıma qədər siyasətə qərq olmuşam. Belə bir siyasət vacib məsələlərdəndir. Mənim atam və babalarım üç yüz il müddətində İslam dünyasının dininə rəhbərliyi öhdəsinə almışdır. Camiə ziyarətində məsum imamlar (ə) barədə deyilir: “Siz xalqın siyasətçilərisiniz”. Bizim siyasətimiz Peyğəmbərin (ə) və imamların siyasətləridir”.
Ayətullah Kaşifül-Ğita Pakistanın o zamankı baş nazirinə də məktub yazaraq Amerikanın hərbi müqavilələrindəki istismarçılıq məqsədlərini ona xatırladır.
1953-cü il 7 oktyabrda Britaniyanın İraqdakı səfiri Ayətullah Kaşifül-Ğita ilə görüşə gedir. Onların arasında kommunizm, İsrail və digər məsələlər ətrafında danışıqlar olur. Kaşifül-Ğita dünyada İngiltərənin dünyadakı cinayətlərini ona xatırladır. Cavab üçün heç bir söz tapa bilməyən səfir alimin kitabxanasına işarə edərək deyir: Sizin bu minlərlə cild kitabınızda bizim əleyhimizə bir kitab varmı?
Səfir elə düşünürdü ki, bu kitablar fiqh, üsul, təfsir, hədis və digər islami elmlər haqqındadır və orada Britaniya əleyhinə heç bir söz deyilməyib. Ona görə də Kaşifül-Ğita bu suala cavab verə bilməyəcək.
Böyük fəqih fəryad edərək deyir: Nəinki kitablar, hətta bizim hamımızın qəlbi sizin əleyhinizədir. Ərəb dünyasına vurduğunuz nizəyə görə bizim hər birimizin ürəyindən qan damır.
Ayətullah Kaşifül-Ğitanın Britaniya və Amerika səfirləri ilə danışıqları “Muhavirətul-imam məəs-səfirin” adı ilə Nəcəf və Argentinada dəfələrlə çap edilmişdir.

Qaynaq: “Gülşəni-əbrar”, c. 2.


3276 بازدید
در حال ارسال اطلاعات...