Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2017

Ayətullah Şübeyr Zəncaninin Ustad Şəhriyarla bağlı xatirələrindən

Şəhriyarın atası seyid Mirağa, Mirzə Həsən Ağa Müctehidinin (Mirzə Abdullahın babası) dostlarından idi.
Şəhriyarla görüş

Təbrizdə Hacı Mirzə Abdullah Müctehidinin qonağı idim. Bir gün ona Şəhriyarı görmək istədiyimi bildirdim.
Şəhriyarın atası seyid Mirağa, Mirzə Həsən Ağa Müctehidinin (Mirzə Abdullahın babası) dostlarından idi. Məşrutə İnqilabında Mirzə Həsən Ağa Tehrana sürgün ediləndə Hacı Mirağa da onunla birlikdə getmişdi və Müctehidinin xatirini sox istəyirdi.
Müctehidi dedi: - Mən Şəhriyara deyərəm, gələr.
Sonra Məhəmməd Şəfiqi Şəhriyarı dəvət etmək üçün göndərdi. Şəhriyar isə üzrxahlıq edərək demişdi ki, indi xəstəliyim ağırlaşıb və hərəkət edə bilmirəm. Mümkünsə, onlar bizə gəlsinlər.
Cənab Müctəhidi ilə birlikdə Şəhriyarın evinə getdik. Qapını döydüm. Şəhriyar özü gəlib qapını açdı və bizi içəri dəvət etdikdən sonra dedi:
-Əgər bilsəydim vəziyyətim indiki kimi olacaq, özüm sizi görməyə gələrdim. Siz sifariş göndərəndə uşağı qucağıma alıb bir az gəzmişdim. Ona görə də əl-ayağım o qədər şişmişdi ki, yerimdən qalxa bilmirdim. Bu üzdən sizin dəvətinizi qəbul edə bilmədim.
Biz evə daxil olduq. Şəhriyar cənab Müctehidinin əlini öpdü. Müctehidi qabaqcadan Şəhriyara təklif etmişdi ki, Mədinəyə giriş haqqında bir şer yazsın ki, zəvvarlar Mədinəyə daxil olanda o şeri oxusunlar. Şerin məzmununu da Şəhriyara öyrətmişdi. Şəhriyar bu barədə yazdığı şeri həmin məclisdə oxudu. Yadımda qalan beytlərdən bir hissəsi belədir:

Bəyani ma rəsayi ey sifət nist
Be qamusi bəşər inca luğət nist (Yüz beytdən çox olan bu şerin adı “Dər vurud be Mədineyi-Təyyibə”dir. Şerin bir hissəsi belədir:

Salam ey sərzəmini-vəhyü-ilham
Salam ey şəhri-şəhənşahi-İslam
Salam ey paytəxti-padişahi
Salam ey sütuni-ərşi-ilahi
Salam ey kani-əlmasi-fütüvvət
Salam ey kaxi-sultani-nübüvvət
Salam ey sərdəri-kaxi-xudayi
Hərimi-barqahi-kibriyayi
Salam ey məşriqi-mişkati-iman
Salam ey ərşeyi-qəndili-Rəhman
“Kulliyyati divani Şəhriyar”, İntişarati-Zərrin və niqah, çap 9, 1369, səh. 1059.)

Şəhriyarın doğum tarixi
Bu görüşdən bir neçə gün öncə Səttarxanla bağlı bir kitabda Təbrizin nüfuzlu şəxslərindən və Səttarxanın katiblərindən olan Hacı İsmayıl Əmirxizi barədə oxumuşdum ki, filan gün Hacı Mirzə Həsən Ağa Müctehidi Tehrandan Təbrizə gəldi.
Mən Şəhriyardan doğum tarixini soruşdum. Şəhriyar dedi: - Doğum tariximi bilmirəm, ancaq atam, Hacı Mirzə Həsən Ağa ilə Təbrizə qayıdanda mən təqribən üç aylıq uşaq olmuşam.
Şəhriyara dedim: - Hacı İsmayıl Ağa Əmirxizi Hacı Mirzə Həsən Ağa Müctehidinin Təbrizə qayıtdığı tarixi dəqiq surətdə yazmışdır. (O zaman bu tarix mənim yadımda idi, amma hal-hazırda unutmuşam.)
Həmin tarixi ona dedim. Tarixin nəticəsindən məlum oldu ki, Şəhriyar 1326-cı ildə dünyaya gəlib. Mən bunu Şəhriyara deyəndə, o doğum tarixini yazaraq qeyd etdi.

Şəhriyarın şer yazmağa başlaması
Şəhriyardan soruşdum: - Nə vaxtdan şer yazırsan?
Dedi: 7-8 yaşım olardı. Az-çox şer deyirdim. Ancaq məndə şerlik zövqü 18 yaşımdan fəvəran etdi. Onun da əhvalatı belə idi:
Mən məktəbə gedəndə məktəbdə bir qızla tanış oldum. O, bəzən dərs haqqında məndən bəzi suallar soruşurdu. Təqribən 18 yaşımda onunla ailə qurmaq qərara gəldik. Həmin zamanlar Rzaxanın əmisi oğlu da ona elçi gəldi. Rzaxan aparatına bizim gücümüz çatmadığı üçün təslim olmağa məcbur olduq və o qız Rzaxanın əmisi oğlu ilə ailə qurdu. Həmin vaxtlar mən yuxuda gördüm ki, mən o qızla hovuzda üzürəm. Birdən o qız suda batdı. Mən onun ardınca özümü hovuzun dərinliyinə vurdum və onu axtarmağa başladım. Ancaq birdən əlimə bir şey gəldi. Bu vaxt hovuzun yanında oturmuş adamlar dedilər: “Gecə çırağı gövhəri tapıb! Gecə çırağı gövhəri tapıb!”
O vaxtdan şairlik zövqü məndə fəvəran etdi.
Şəhriyar demək istəyirdi ki, gecə çırağı gövhəri Əhli-Beytdir (ə) və mənim şairlik zövqüm Əhli-Beytin (ə) vilayəti ilə bağlıdır.

Ayənin mənası Şəhriyara ilham olur
O məclisdə Şəhriyardan eşitdiyim mövzulardan da biri onun: “(Ya Rəsulum!) Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik” (“Hicr” surəsi, ayə 87.) barədə açıqlaması idi.
Şəhriyar dedi: - Mən səcdəyə getdim və dedim: Bu ayənin anlamı mənim üçün həll olmayınca, başımı səcdədən qaldırmayacam. Bu zaman mənə belə anladıldı ki, “səbən minəl məsani” (təkrarlanan yeddi ayə) on dörd məsumdur (ə) və bu ayə Quranın Əhli-Beytlə (ə) yanaşı olduğunu sübut edən ayələrdən biridir.
Bu vaxt mənim zehnimə bu açıqlama ilə bağlı bir irad gəldi. Cənab Müctehidi deyir: - Bu irad mənim də fikrimə gəldi ki, Peyğəmbərə (s) on üç məsum verilmişdir. Sonra özlüyümdə fikirləşdim ki, indi Şəhriyar bu irada cavab verəcək. Elə də oldu. Şəhriyar bu iradı aradan qaldırmaq üçün dedi: - Allah Taala Peyğəmbərə (s) on dörd nur vermişdir. Biri nübüvvət nuru, digəri isə on üç vilayət nuru.

Qaynaq: zanjani.ir
Hazırladı: Seyid Zahir


2658 بازدید
در حال ارسال اطلاعات...