Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2017

KUMEYL İBN ZİYAD

Həzrət Əlinin (ə) Kumeylə olan tapşırıq və vəsiyyətləri onun iman və mərifətindən danışır.
İstər şiə istərsə də sünni alimləri Kumeyl ibn Ziyadı böyük iman, qüdrətli ruh, pak düşüncə xalis niyyət, gözəl əxlaq və saleh əməl sahibi kimi tanıyırlar. Bütün din alimlərinin fikrincə Həzrət Əli (ə) və İmam Həsənin (ə) xüsusi səhabələrindən olan Kumeyl ədalətli və kəramətli bir şəxsdir. Həzrət Əli (ə) Kumeyli ən etibarlı yaxınından biri hesab etmişdir. («Rəsail», Seyyid Mürtəza.) Kumeyl Həzrət Əlinin (ə) ən yaxın şiələrindən və aşiqlərindən biri olmuşdur. (“Biharul-ənvar”, 33-399.)
Həzrət Əlinin (ə) Kumeylə olan tapşırıq və vəsiyyətləri onun iman və mərifətindən danışır. Əhli-beyt ardıcıllarına qarşı dost münasibətdə olmayan sünnilər Kumeyli bütün cəhətlərdən etibarlı sayırlar. Ariflər, Allah aşiqləri Kumeyli Həzrət Əlinin (ə) sirdaşı kimi tanıyırlar.
Kumeyl on yeddi il İslam Peyğəmbərinin (s) nurani dövründə yaşamış və bu nurdan faydalanmışdır. Bu böyük insan Həccac ibn Yusif Səqəfinin əli ilə şəhadətə yetirilmişdir. Bu şəhadət haqqında Həzrət Əli (ə) Kumeylə əvvəlcədən xəbər vermişdi. Zalım əməvi hakimi tərəfindən İraqa vali təyin olunmuş Həccac ibn Yusif daim Kumeyli təqib etmiş və məhz Əhli-beyt məhəbbətinə görə onu qətlə yetirmişdir. Kumeyl Həccac ibn Yusifdən gizlənərdi. Onu tapa bilməyən vali Kumeylin bütün yaxınlarını sıxıntıya salıb, onların hüquqlarına təcavüz edir. Yaxınlarının əzab-əziyyətinə dözməyən Kumeyl birbaşa valinin yanına gəlir və deyir: -”Əlindən gələni et. Ömrümdən bir şey qalmayıb. Tezliklə mən də sən də Allahın hüzuruna qayıdasıyıq. Mövlam mənə xəbər verib ki, qatilim sənsən.” Zalım Həccacın əmri ilə bu doxsan yaşlı müqəddəs insanın boynu vurulur. Onun qəbri Nəcəf və Kufə şəhərləri arasında yerləşir.


2085 بازدید
در حال ارسال اطلاعات...