Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2017

Əhli-beytin (ə) sirri və bəzi səciyyələri

Xeyir görüb inananlar isə öz nəfslərinin dostudur
Sənə Əhli-beyt (ə) məqamının müxtəlif yönümlərini bəyan etdim. Onlar Allahın seçilmiş bəndələridir. Allah bizləri çoxlarının bilmədiyi Əhli-beyt (ə) sirlərindən agah etmişdir. Allah şəhadət verir ki, Xızra mərhəmət qılıb elm öyrətmişdir. Musa həmin bu elm səbəbindən ona tabe oldu.
Sirlərdən biri də Əhli-beyt (ə) məqamından xəbərdarlıqdır. Bəziləri peyğəmbərə dost olduqlarını bildirdikləri halda peyğəmbərin tövsiyəsinə əməl etmir, onun Əhli-beytinə biganə qalırlar. Çoxları peyğəmbərin Allah göstərişinə əsasən verdiyi əmrlərə əməl etmədi. Onlar Allaha və rəsuluna qarşı çıxdılar, onlara ən yaxın olanları qəbul etmədilər. Xeyir görüb inananlar isə öz nəfslərinin dostudur.
Şeyx Əzəmin buyuruqlarının yada salınmasında müxtəlif məqsədlər vardı: Əhli-beytin (ə) şərafətini anlamaq, onlara sevgi yolunu bilmək, Əhli-beyt (ə) vasitəsi ilə Quran sirlərini anlamaq, Salman kimi Əhli-beyt (ə) ardıcıllarını tanımaq... (“Təfsirur-Muhitul-Əzəm”, 1-447)
Seyid Heydər Amili öz təfsirində «Fütuhati-Məkkiyye» kitabından Əhli-beytlə (ə) bağlı hissəni zikr edir. Biz ixtisar xatirinə İbn Ərəbinin sözlərini də qısaltdıq. Seyid Heydər Amilinin iqtibasları həm də onun öz sözləridir. Bu səbəbdən onun sözlərini ayrıca qeyd etmədik. Sözlərimizi Mühyiddin ibn Ərəbinin bir şeri ilə başa vururuq. Bu şeri Süleyman ibn İbrahim Qunduzi “Yənabiul-məvəddət” kitabında nəql etmişdir:


Əhli-beytlə (ə) ölçmə yoldan ötəni,
Bu şəhid zümrənin başqa matəmi!
Onlarla düşmənlik aşkar bir ziyan,
Əhli-beytə sevgi ibadət, inan.


2294 بازدید
در حال ارسال اطلاعات...