Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2017

İamam Rizanın (ə) əxlaqi səciyyələrindən

Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi
İlahi əxlaq
İbrahim ibn Abbas deyir: İmam Rizanın (ə) öz sözləri ilə kimisə incitdiyini görmədim. Kimsə sözünü başa vurmamış imam onun sözünü kəsmədi, gücü çatdığı halda kimsəni əliboş yola salmadı, heç vaxt kiminsə qarşısında ayaqlarını uzatmadı, bir dəfə də olsun, öz xidmətçilərini təhqir etmədi. Onun ağızının suyunu yerə atdığını, bərkdən güldüyünü görmədim. Onun gülüşü təbəssüm idi.
Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi. Gecələr az yatar, adətən oyaq qalardı. Əksər gecələri sübhədək raz-niyaz edər, çox vaxt oruc olardı. Ayın əvvəlində, ortasında və sonunda hökmən oruc tutar və buyurardı: “Bu bütün vaxtın orucudur.” Gizli xeyirxahlıqları çox idi. Çox vaxt gecənin qaranlığında infaq edər, imkansızlara əl tutardı. Bir başqasının fəzilətdə ona çatdığına inanmayın! (“Üyuni-əxbarur-Riza”, 2-184, bab 44, hədis 7; “Biharul-ənvar”, 49-91, bab 7, hədis 4)

Aclar üçün təam
Müəmmər ibn Xəllad deyir: İmam Riza (ə) süfrəyə əyləşəndə onun üçün böyük bir sini gətirərdilər. Həzrət sinini süfrənin kənarına qoyardı. Süfrədəki ən yaxşı nemətlərdən siniyə yığar və onu yoxsullar üçün göndərərdi. Həzrət bunun ardınca “Bələd” surəsinin 11-ci ayəsini (“fələqtəhəməl-əqəbə”) oxuyardı. Həzrət buyurardı: “Allah bütün insanlarda qul azad etmək gücü olmadığını bildiyindən yoxsulların doyuzdurulmasını behiştə yol qərar verdi.” (“Kafi”, 4-52)


2214 بازدید
در حال ارسال اطلاعات...