Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2017

Rəvayətlərdə “Əhli-beyt (ə)” təbirinin mənası

Əbədi qurtuluş həqiqi Əhli-beyt (ə) yolunu izləməkdir.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir sıra rəvayətlərdə Əhli-beyt (ə) nümunəsi olaraq həzrət Əli (ə), həzrət Fatimə (s), imam Həsən (ə), imam Hüseyn (ə) və onların nəslindən olan məsum imamlar nəzərdə tutulur. Ümmü Sələmə, Ayişə, Əbu Səid Xidri, Əbu Bərzə Əsləmi, Əbül Həmra Hilal ibn Haric, Əbu Leyla Ənsari, Ənəs ibn Malik, Bərra ibn Azib, Suban ibn Bəcdəd, Cabir ibn Abdullah Ənsari, Zeyd ibn Ərqəm, Əbu-Sələmə Məxzuminin qızı Zeynəb, Səd ibn Əbu Vəqqas, Sübeyh uyğun rəvayəti nəql etmiş ravilərdir.
Sünnə əhlinin mötəbər kitabları uyğun rəvayətlərə əsaslanaraq “Əhli-beyt (ə)” ünvanını göstərmişlər. Şiələr Quran və rəvayətlərə istinadən Əhli-beytə (ə) bağlanmış, onları Peyğəmbərin (s) həqiqi canişini kimi tanımışlar. Şiələrin əqidəsincə, bu rəhbərlərə itaət vacibdir və onlara iqtida dünya və axirət səadətinə aparır. Bəli, əbədi qurtuluş həqiqi Əhli-beyt (ə) yolunu izləməkdir.


2252 بازدید
در حال ارسال اطلاعات...