Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2017

RƏSULULLAH VƏ UŞAQLAR

Müəllim cavan bir ağac kimi onu istədiyi səmtə yönəldə bilər.
Bir fidana nəzər salarkən insanın xəyalında lətafət, zəriflik, təravət, sakitlik canlanır. Bu xüsusiyyətlərin hər biri fidanın vücudunun keyfiyyətlərindən danışır. Onun lətifliyi və zərifliyi mehr və səfanı yada salır. Onun təravəti həyat və ümid carçısıdır. Onun elastik gövdəsi tərbiyədən, tərbiyənin qəbulundan xəbər verir. Uşaq bir fidan kimi zərif, lətif, təravətli və şaddır. Uşaq öz insanlıq fitrətinə yaxın olduğu üçün (yaşı ötdükcə bu məsafə artır) paklıq, səmimiyyət, mehribançılığını saxlayır. Təravətli və şad olduğu üçün ümid və həyatı xatırladır. Hər yana əyilə bilmək baxımından tərbiyəni həyat boyu genişləndirir. Uşaq ilahi bir hədiyyə olaraq, sadə, zehn, fitrətlə yaranmışdır və bütün çirinliklərdən uzaqdır. Yalnız sonrakı xarici təsirlər onu ləkələyir. Həmin xüsusiyyətinə görə də bütün tərbiyələri qəbul etmək istedadı var. Müəllim cavan bir ağac kimi onu istədiyi səmtə yönəldə bilər.
Buna görə də uşaq üçün tərbiyə proqramı hazırlananda onun fiziki və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağın tutumunu, ruhiyyəsini bilmədən onu düzgün tərbiyə etmək mümkün deyil. Uşaqla ünsiyyətdən olarkən onun xarakteri araşdırılmalıdır. Bu araşdırmalardan belə nəticə çıxır ki, uşaqla mehriban, nəvazişlə rəftar etmək onun istedadını çiçəkləndirir. Əksinə, sərt rəftar bu istedadı puça çıxarır.
Rəsulullah (s) vəhy göstərişi ilə uşaqların xüsusiyyətlərini nəzərə alaraq onlarla rəftar edir. O, uşaqların tutumuna uyğun şəkildə onlarla ünsiyyət saxlayırdı. Onların fitri istedadlarını nəzərə alar, onlar əziyyət çəkəndə narahat olardı. Həzrtə böyük səmimiyyətlə uşaqların şəxsiyyətinə hörmət qoyar, onların insani fəzilətlərini çiçəkləndirərdi. Körpələrin hərəkətlə, ağlamaqla bildirdikləri istəklərə diqqət yetirərdi.


2054 بازدید
در حال ارسال اطلاعات...