Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2017

PEYĞƏMBƏRLİK (NÜBÜVVƏT)

İnsan azaddır və daim iki yol ayrıcındadır
Atom hissəciyindən tutmuş ulduzlaradək bütün yaranmışlar ilahi nizam əsasında kamilliyə doğru gedir. Toxumdan cücərən bitki qol-budaq atıb iri gövdəli bir ağaca çevrilir. Bal arısının həyatındakı ictimai nizam insanı heyran qoyur. Demək, bütün mövcudların həyat və fəaliyyətində ilahi qanunlar hökm sürür. İnsan isə yaranmışların ən şərəflisi hesab olunur. Belə olan surətdə, insan qanunauyğun təkamüldən kənarda qala bilərmi?!
İnsan azaddır və daim iki yol ayrıcındadır. Onun kamilliyi batil yox, haqq yolu seçib davamlı hərəkət etməkdədir.
Məxluq öz Xaliqinin qanunlarına tabe olmadan səadətə çata bilməz. Bəs bu qanunları haradan əldə etməlidir? «Bəqərə» surəsinin əvvəllər zikr etdiyimiz 2-ci ayəsinə bir daha nəzər salaq: «…Təqvalılara doğru yol göstərən Kitab». Bu Kitabın ayələri 23 il ərzində həzrət Məhəmmədə (s) vəhy olunmuşdur. Bütün Peyğəmbərlərin vəzifəsi insanları doğru yola dəvət etməkdir.

Müxtəlif dini mənbələrdə bəşəriyyətə 124 min Peyğəmbər göndərildiyi bildirilir. Onlardan beşi «ülul-əzm», yəni böyük Peyğəmbər hesab olunur: Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s).
Peyğəmbərlik və ya nübüvvət tövhid və ədldən sonra üçüncü əsas etiqaddır. Hər bir müsəlmanın Peyğəmbərlik həqiqətini qəbul edib, Peyğəmbərlərin gətirdiyi ilahi göstərişlərə itaət etməsi vacibdir.


1992 بازدید
در حال ارسال اطلاعات...