Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2017

Haqq gizli deyil

“Axı nuru necə görməmək olar!”
Həzrət Haqq gizli olmadığı kimi, Əhli-beyt (ə) də pərdə arxasında deyil. Əgər bir qrup şəxs həqiqəti bəsirət gözü ilə müşahidə etmirsə, bunun səbəbi onların özünün pərdə arxasında qalmasıdır. Yoxsa, Allah hər zərrədə özünü göstərir: “Allah göylərin və yerin nurudur...” (“Nur”, 35)

Həqiqi, risalət və vilayəti görməyə mane olan bu hicab Qiyamət gününədək yerində qalasıdır. Qiyamət günü belələrinə Qiyamət aşkarlanar. Necə ki, bu gün Peyğəmbər (s) və Əhli-beyt (ə) üçün aşkardır. Başqaları üçün gələcəkdə aşkarlanası həqiqətlər Əhli-beytə (ə) bu gün aşkardır.
Əlbəttə ki bəsirət əhli elə bu gün də həqiqəti görür və vilayət məqamını dərk edir. Bu səbəbdən də Əhli-beyt (ə) nümunə seçilir, həyatın bütün yönümlərində onlara iqtida olunur.

Düşünmə niqab var yarın üzündə,
Gözündən tozu sil əngəl özündə.


Bəli, risalət və vilayət pərdə arxasında deyil.
Allahın ayəsi olan qeyb və hazır səhnəsindəki həqiqətlər heç biri pərdə arxasında deyil. Sadəcə, günah pərdəsi insanın gözünü tutmuşdur. Bu səbəbdən də o haqqı görə bilmir, gözünü açanda həqiqəti yox, gözünə çəkilmiş pərdəni görür. Əmirəl-möminin (ə) buyurur: “Həmd-səna vücudu səbəbi ilə xalqa aşkar olan Allaha məxsusdur.” (“Nəhcül-bəlağə”, 157, xütbə, 108)

Əhli-beyt (ə) bir nurani həqiqətdir. Onların cisimləri də nurani vücudlarının təsiri altındadır. Onların qəlbində həqiqətə bağlılıqlarına xatir nur var. Haqq onları görür və özünü onların iqtida fəzasında qərar verir. Hətta zahiri gözü kor olanlar da bu həqiqəti müşahidə edir!

Əbu Bəsir deyir: İmam Baqirlə (ə) birlikdə məscidə daxil oldum. İnsanlar get-gəldə idi. Həzrət mənə buyurdu: “Camaatdan soruş gör, məni görürlər?” Mən kimdən imamı görüb-görmədiyini soruşdumsa, “görmürəm” dedi. Hansı ki həzrət onların qarşısında dayanmışdı. Həmin vaxt iki gözü kor Əbu Harun Məkfuf məscidə daxil oldu. İmam buyurdu: “İndi isə ondan soruş.” Mən Əbu Haruna yaxınlaşıb imamı görüb-görmədiyini soruşdum. Cavab verdi ki, məgər imamın burada dayandığını görmürsən? Soruşdum: “Bunu necə bildin? O cavab verdi: “Axı nuru necə görməmək olar!” (“Əl-xəraic vəl-cərai”, 2-595)
Bəli, zahiri gözü olmayan həqiqəti görə bildiyi halda, qəlbi gözü kor olanlar həqiqətin müşahidəsindən məhrumdur. Bir şəxs Əhli-beyt (ə) haqqında danışıb, kitab yazsa da, onların həqiqətini görməyə bilər. Yəni onların şəxsini görmək, şəxsiyyətini anlamaq deyil. Məsələn, bir qrup məsihi və ateist alim övliyalar haqqında kitab yazsa da, onlara iman gətirməmişdir. Onlar dünyanı cəhalət içində tərk etmişlər!
İmam Kazimin (ə) haqqında nəql edirlər ki, həzrət hər gün zindanda günəş doğandan qürub edənədək səcdə, ibadət və münacat halında olardı. Bu barədə söhbətimizin əvvəlində ətraflı danışmışıq. İmamın ərş əhli olduğunu zahiri gözlə müşahidə edən Harun bəsirət gözündən məhrum olduğu üçün onun kimliyini dərk etmir. Əlbəttə ki, onun bəsirəti olsaydı imamı zindanda saxlamaz, imamın haqqı olan hakimiyyəti onun ixtiyarına verərdi. Qulağı sırğalı qul tək imamın xidmətində durar, ona iqtidaya bir an yubanmazdı.
İmam Həsən Əsgəriyə (ə) işgəncə verməli olan məmurlar haqqında yazırlar: Zindan rəisi Saleh ibn Vəsif deyir: “Ən rəzil iki şəxsi imama işgəncə üçün təyin etdim. Onlar həzrətin ibadət halını, raz-niyazını görüb onun təsiri altına düşdülər, özləri də ibadətə dayandılar. Onlardan bunun səbəbini soruşdum. Dedim ki, nə üçün vəzifənizi yerinə yetirmirsiniz? Axı onda nə görmüsünüz? Belə cavab verdilər: “Gündüzləri oruc tutub, gecələri ibadət edən biri haqqında nə deyək?! Bizə baxanda bədənimiz titrəyir. Özümüzü saxlaya bilmirik!” (“Kafi”, 1-512)
Bəli, həqiqəti görən ona təslim olur, şeytan yolunu boşlayıb ilahi vəzifələr haqqında düşünür.


1943 بازدید
در حال ارسال اطلاعات...