Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2018

Şeytanla yoldaşlıq

(İnsana) Allahı unutduran hər şey İblisdir
وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ

"Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar." (Zuxruf, 36).

İzah: Allahın zikrindən üz döndərməyin və qəflətin nəticələri o qədər qabarır ki, Şeytan onun bütün nəfsani güclərini öz ixtiyarına alır və ona hökmran olur. Daim Allahı yad etməkdən uzaq qalan, Onunla üns və zikr məclislərində işirak etməyən, əxlaqi sözlərdən, öyüd-nəsihətdən qaçan, digər tərəfdən, eyş-işrət məclislərinə tələsən birinin bundan başqa sonu olmayacaqdır. Öz ixtiyarını bəşəriyyətin ən böyük və ən rəhimsiz düşməninə tapşıracaq və ram heyvan kimi onun əmrinə uyğun davranacaq. Bəli, o, (rəhmət nümunələri aləmdə təzahür edən) Rəhman Allah üz döndərdi, özünü görməzliyə və anlamazlığa vurdu. Elə isə Şeytanla həmdəm olmağa, onun alçaldıcı əsgəri olmağa layiqdir.

Hədis: İmam Əli (ə): “(İnsana) Allahı unutduran hər şey İblisdir.” (Tənbihul-xəvatir, c. 2, səh. 170).


299 بازدید
در حال ارسال اطلاعات...