Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2018

Zina

Qurani-kərim nəinki zina etməyi, hətta ona yaxın düşməyi də qadağan etmiş...
وَلَا تَقْرَبُوا الزِّنَا إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا

"Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!" (İsra, 32).

İzah: Bu fəsildə Allah tərəfindən haram edilmiş bəzi çirkin əməllərə işarə olunur. Zina İslam şəriətində çox böyük günahlardandır. Quranda da kəskin şəkildə pislənmişdir. Qurani-kərim nəinki zina etməyi, hətta ona yaxın düşməyi də qadağan etmiş və onu aşkar günah və çox çirkin və sonu pis bir yol adlandırmışdır. Zinaya yaxın düşmək adətən ona gətirib çıxaran müqəddimələrdən çəkinməməkdir. Məsələn, naməhrəmlə ünsiyyət, qarışıq məclislərdə iştirak etmək, naməhrəmlə zarafatlaşmaq, pozğun film və şəkillərə baxmaq, qafil insanlarla dostluq etmək və s. Rəvayətlərə görə, dünyada zinanın ən kiçik nəticəsi kimi qəfil ölümlərin çoxalması və ağır zəlzələlərin baş verməsi göstərilmişdir.

Hədis: İslam peyğəmbəri (s): “Ey Əli (ə)! Zinanın altı nəticəsi vardır. Üçü dünyaya, üçü isə axirətə aiddir. Dünyada doğurduğu nəticələr bunlardır: İnsanın abrını aparır, ölümü tezləşdirir və ruzini kəsir. Axirət nəticələri isə bunlardır: Çətin və dəqiq haqq-hesab, Rəhman Allahın qəzəbi və odda əbədi qalmaq." (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 367, hədis: 5762).


331 بازدید
در حال ارسال اطلاعات...