Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2018

Qeybət

İslam dini möminlərin abrına çox önəm vermiş və heç kimə başqalarının heysiyyət və abrını təhlükəyə atmağa icazə verməmişdir
وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَحِيمٌ

"Bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhimlidir." (Hucurat, 12).

İzah: İslam dini möminlərin abrına çox önəm vermiş və heç kimə başqalarının heysiyyət və abrını təhlükəyə atmağa icazə verməmişdir. Buna görə də İslam dini başqaları olmadıqda onların haqqında pis danışmağa və qeybət etməyə icazə vermir. Bir halda ki insan hüquqlarını qoruyan ən mütərəqqi cəmiyyətlər hələ də belə böyük bir haqqı anlamamışlar. Qurana görə qeybət ölmüş qardaşının ətini yemək kimidir. Bu təşbeh hər bir insanın abrının onun bədəninin əti kimi olmasını ifadə edir. Din qardaşının abrına təcavüz etmək onun bədəninin ətini yemək və nəticədə onu sıradan çıxarmaq kimidir. Xüsusilə, bu təcavüz o özü olmadıqda olsa, özünü müdafiə imkanı da olmur. “Ölü əti” ifadəsi də bu baxımdan vurğulanmışdır. Odur ki, ən pis əməl insan əti yemək olduğu kimi qeybət də çirkin və nifrət oyadan əməldir.

Hədis:
İmam Səccad (ə): “Qeybətdən çəkin. Çünki qeybət Cəhənnəm itlərinin xuruşudur.” (Əmali, Səduq, səh. 209, hədis: 9).


309 بازدید
در حال ارسال اطلاعات...