Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2018

"Milli qəhrəmanları" Bayram, Elgiz, Sərxan, Mirəliyev... olan gənclərimiz

Deməli bizim "milli qəhrəmanlarımız" falçı Bayram, Elgiz, Əli Mirəliyev və bu cür bivec insanlardır
Yaxşı haldır ki, hərdən jurnalistlərimiz əllərinə miktofon, kamera götürüb şəhərin canına düşürlər. Qabaqlarına çıxan insanlara intellektual suallar verirlər. Bir neçə dəqiqəlik də olsa insan nəsə faydalı bir şeyə baxdığını hiss edir. Əlbəttə telekanalizasiyaya çevrilməklə "Ginnesin" rekordlar kitabına düşən telekanallara alternativ olan internet televiziyalarında bu cür verilişlər görmək sevindirici haldır, amma bir o qədər də biabırçılıqla üzləşirik. Bilirəm ki, biz dünyada bəlkə yeganə ölkəyik ki, telekanalizasiyası yerin altında deyil, yerin üstündədir, özü də uca qülləli, çanaq antennalı. Mənəviyyatını qoruyub saxlayan, uşaqlarının əxlaqının pozulmasını istəməyən camaat da evi üfunət iyi bürüməsin deyə ya televizoru birdəfəlik söndürür, satır, ya da gedib İran kanalları olan antennalar alır.
Bu yaxınlarda keçirilən sorğuda məlum olub ki, sən demə gənclərimiz milli qəhrəmanlarımızı tanımır. Tanımamalıdır da. Tanısaydılar təəccüblü olardı. Bir yandan da elə "Ginnesin" rekordlar kitabına düşərdi. Çünki bir ölkədə milli qəhrəmanlar tanıtdırılmırsa və gənclər bu qəhrəmanları tanımırsa ar olsun bu xalqı tanımayan xalqlara. Amma biz yenə də elə həmin "Ginnesin" rekordlar kitabına düşmüşük – bəli, öz xalqımızın milli qəhrəmanlarını tanımamaqla. Siz də azərbaycanlısınız və bilməmiş deyilsiniz ki, bizdə bir insanı "mədəni mənada" söyəndə ona səfehcəsinə "qəhrəman" deyirlər. Ona görə ki, leksikonumuza "qəhrəman" sözü yerli-dibli yaddır. Bu sözün şamil olduğu insanlara hörmət qoyulmadığı üçün cəmiyyətdə kimsə hörmət etmədiyi alçaq bir insanı mədəni formada söymək istəsə ona "qəhrəman" deyir. Səbəb budur ki, dilimizdə ilk üç hərfi "qəhrəman" sözünün ilk üç hərfiylə eyni olan ikrahedici bir söz də var. Daha çox şou-bizneslə məşğul olan tərbiyəsiz müğənnilər bu adla tanınır. (Babalı bu cür tanıyanın boynuna) Biabırçı və ölüb yerin dibinə girməli vəziyyətdir.
Bir dəfə verilişlərin birində bir yaşlı jurnalist bir şou-biznesçiyə "sən kimsən ki, fahişə" demişdi. Özü də əvvəlcə həmin kadrları kəsib doğramışdılar ki, efirdə xalqın əxlaqı pozulmasın. Daha sonra görüblər ki, veriliş, kanal bu kadrları efirə verib qalmaqal hazırlasa həm tamaşaçı həm də pullu sponsor qazanacaq. Ona görə də öz tüpürdüklərini yalayıb həmin kadrları yayımlayıblar. Görün bu xalqı nə günə qoydular. Belə olan halda təbii ki, o gənclər öz milli qəhrəmanlarını tanımayacaq. Çünki "milli qəhrəman" sözüylə gənclərə təzyiq göstəriblər. Gərək əvvəlcə "milli" sözünü başa salardılar, daha sonra keçərdilər "qəhrəman" sözünün izahına. Beləliklə də alçaq adama "qəhrəman" deməkdən bu xalqı çəkindirərdilər.
Deməli, bəyənmədiyimiz İran İslam Respublikasında sən demə bütün şəhərlərdə, hətta paytaxt Tehranda küçələr şəhid şəkilləriylə doludur. Uca binaların divalarında şəhidlərin rəsmləri əks edilib. Bizim ölkədə isə milli qəhrəmanlar reklam olunmur. Çünki əslində milli qəhrəman məsələsi bizdə çətin məsələdir. Bilmirik ki, milli qəhrəman hansı meyarlarla ölçülür. Birinci növbədə ""milli qəhrəman" kimə deyilir"- ünvanlayıb bu suala cavab öyrənməliyik. Gərək gənclərə sual verəndə də birinci bunu soruşsunlar.
Amma mən icmali şəkildə deyə bilərəm: deməli bizim "milli qəhrəmanlarımız" falçı Bayram, Elgiz, Əli Mirəliyev və bu cür bivec insanlardır. Xalq artıq bu insanları "milli qəhrəman" kimi tanıyır. Belə adamlar olan yerdə həqiqi qəhrəmana nə ehtiyac var. Axı bizdə ümumiyyətlə qəhrəmanlıq göstərməyə zəminə yoxdur. Bizim xalqın bu saat həqiqi qəhrəmanları xalqın malını yeyib porsuq boyda olub daha sonra xalqı təhqir edən deputatları, icra başçılarını, polisləri, rüşvətxor məmurları ifşa edən, tənqid edib həbs edilən insanlardır. Amma təəssüf ki, zalım insanların meyarında bu cür insanlar qəhrəman yox, vətən xaini sayılır, bunun bərabərində həqiqi vətən xainləri kölgədə qalır.
Bu xalq öz doğma Qarabağını qaytarmağa ciddi bir formada qərar versə inanıram ki, çox sayda milli qəhrəmanı meydana çıxacaq. Amma bilərəkdən bu zəminəni aradan aparmağa çalışırlar ki, bununla da "porsuq", "qoduq" boyda olan məmurlardan, həyasız deputatlardan milli qəhrəman düzəltməyə çalışsınlar. Beləliklə də bu insanlar daim xalqın tüpürcək hədəfi olub.


245 بازدید
در حال ارسال اطلاعات...