Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2018

Mollazadənin Oktay Şirəliyevə, bizim vicdanlı həkimlərə çağırışımız

Görəsən Oktay Şirəliyevin özü qorxmurmu ki, bir gün elə xəstəliyə tutular ki, həmin əndirabadi həkimlərimizin əlinə düşər?
Biz məmurun, deputatın "dədəsini yandıranda" bəzi vətənşüvənlər başlayırlar bizi danlamağa. Ağızlarına söz düşüb ki, siz Azərbaycanın inkişafını gözü götürməyən insanlarsınız. Daha anlamırlar ki, biz danlağa, tənqidə müvəqqəti ara versək, Asim Mollazadə başlayacaq danlamağa. Danlaqsız, tənqidsiz həyatmı olar? Baxın, elə siz özünüz də biz mətbuat işçilərini bütün günü yaş yuyub quru sərirsiniz.
Hətta Ermənistan kimi inkişafdan qaldığını hesab etdiyimiz bir ölkədə politoloqlar çəkinmədən baş nazir Paşinyanın istefa verməsini düzgün qərar hesab edirlər. (Elə bilməyin o istefa verib, demək istəyirik ki, istefa versə düzgün olar) Heç orda bir nəfər vətənşüvən durub demir ki, ara niyə Artsağın inkişafını gözünüz götürmür, Stepanakertin daşı bu qədər ağırdır, Xorenin ruhu sizə qənim olsun?
Bilirsinizmi niyə demir? Çünki o ölkədə camaat gözəl bilir ki, baş nazir vətən, dövlət demək deyil, laızm gəlsə onun qulağından tutub atırlar bayıra. Bizdə isə naziri danlayırsan deyirlər dövlət xainisən. Budur bax, biz Oktay Şirəliyevi danlamadıq, Asim Mollazadənin ürəyi dözmədi Oktay Şirəliyevə çağırış etdi.
Oktay Şirəliyev də digər nazirlər kimi yeri səhv düşən insanlardandır. O hara səhiyyə naziri olmaq hara? Bu yaxınlarda mətbuatda fotosu da çıxmışdı, mətbuat işçiləri deyirlər ki, özünü müalicə etdirmək üçün canı yanmış xarici ölkəyə üz tutur. Amma yazıq xəstə xalqı öz canavar işçilərinin ixtiyarına qoyur. Beləcə bir nəfər də həkim qurbanı oldu. Mədə kiçilməsi nəticəsində 34 yaşlı bir vətəndaş da dünyasını dəyişdi. İndi ailəsi deyir ki, günahkar həkimdir. Onu da deyim ki, Azərbaycanda vicdanlı həkimlər mövcuddur, amma vicdansızlar arasında onlar da etibardan düşür. (Vicdanlı həkimlərə sonda çağırış edəcəyik)
Çox qəribədir vallah, deməli biz tənqid edirik, danlayırıq, bizə deyirlər vətən xaini, sonra bizim dediklərimizi dövlət başçısı rəsmən həyata keçirir. Məgər indiyədək Gəncənin debil icra başçısından şikayət etməmişdik? Məgər indiyədək Nəqliyyat nazirindən, Bakı merindən, "Qaçkınkom"dan (Əli Həsənov), "Ala-bala holdinqdən" (Abid Şərifov), Fazil Məmmədovdan, Bank şefindən və daha kimlərdən şikayət etməmişdikmi? Bəs bizi niyə tənqid edib deyirsiniz ki, gözünüz götürmür? Bunlar topdan-satış xəyanət edirlər dövlətə. Bunların hamısını dənizə tökmək lazımdır ki, gedib balıqlara məmurluq etsinlər.
Bir söz deyim. Deməli bu yaxınlarda xarici ölkələrin birində həkimlik öyrənib Azərbaycana gələn və vicdanını (bəlkə də Azərbaycandan kənarda oxuduğu üçün) itirməyən həkimlərdən biri xəstəsinə deyib ki, sizdə elə də ciddi təhlükə və ağır xəstəlik yoxdur. Bir neçə həb yazacağam, qəbul edərsiniz. Baş həkim çağırıb yazıq həkimi danlayıb. Deyib sən nə danışırsan, kəsilməlidir, doğranmalıdır. Çünki onları kəsib doğramasaq, yəni xalqı inək kimi sağmasaq xəstəxana işçilərinin, həkimlərin maaşını verə bilmərik. Baş həkim əslində demək istəyib ki, xalqı sağmasaq Oktay Şirəliyevə, o da yuxarılara pul ötürə bilməz, ondan sonra topumuzu cərrahiyyə otağına salarlar. Yazıq həkim də istefa ərizəsi yazıb xəstəxanadan gedib. Xəstəyə də elə bir neçə həb verib deyib ki, onda heç bir şey yoxdur.
Əgər mənə də inanmırsınızsa internetdə axtarış verib məşhur ziyalımız, yazarımız Çingiz Abdullayevin çıxışını tapın. Orda dad çəkib deyir ki, sürücümdə həkimlərimiz "apençitet" "aşkarlamışdılar. Kəsmək istəyirdilər, amma xoşbəxtlikdən həyat yoldaşım xaricdən (baxın xaricdə savadlı kadr olub) gəlmişdi, dedi səndə heç nə yoxdur. Çingiz Abdullayev ki, Azərbaycan Yazıçılar Birliyinin katibidir. Bizim kimi "vətən xaini" deyil. İnanın ona.
Görəsən Oktay Şirəliyevin özü qorxmurmu ki, bir gün elə xəstəliyə tutular ki, həmin əndirabadi həkimlərimizin əlinə düşər? Allah onu düz yola hidayət eləsin.
Sonda istərdik ki, vicdanlı həkimlərə müraciət edək; siz də xaricdə oxuyub gəlmiş və haqqında danışdığımız vicdanlı həkim kimi vicdansız insanların baş həkim olduğu xəstəxanalardan imtina edin. Oktay Şirəliyev kimi xalq düşmənlərini boykot edin. Sabahınızdan, axirətinizdən, Allahdan qorxun. Bu cür insanlardan uzaqlaşın ki, Allahın onlara olan qəzəbi sizi də tutmasın. Allah sizə başqa yerdən ruzi yetirər. Siz belə nanəcibləri tərk edin, bəlkə bunlar tənha qalsa ağılları başlarına gələr.


185 بازدید
در حال ارسال اطلاعات...