Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2018

Dünyapərəstlik

Allah dəfələrlə bəndələrini keçici dünya həzlərinə bağlanmaqdan çəkindirmiş və onları Şeytanın hiyləsindən xəbərdar etmişdir
زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْأَنْعَامِ وَالْحَرْثِ ذَٰلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللَّهُ عِنْدَهُ حُسْنُ الْمَآبِ
"Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır." (Ali-İmran, 14).

İzah: Bir çox ayə və rəvayətlərdən bəlli olduğu kimi, insanın ən başlıca mənəvi çöküş amili dünyapərəstlikdir. Şeytan və Əmmarə nəfs dünya sevgisini insan vücudunda süsləyir və onu Axirət nemətlərindən qafil edir. Allah dəfələrlə bəndələrini keçici dünya həzlərinə bağlanmaqdan çəkindirmiş və onları Şeytanın hiyləsindən xəbərdar etmişdir. Quran dünyanı keçici və dəyərsiz hesab etmiş, onun dəbdəbəsini görüb məst və qafil olanları şiddətlə qınamışdır.

Hədis: İmam Sadiq (ə): “Dünya sevgisi hər bir yanlışın mənşəyidir.” (Kafi, c. 2, səh. 315, hədis: 1).


209 بازدید
در حال ارسال اطلاعات...