Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2018

Təqva – üstünlük meyarı

Təqva insanın əxlaqi şəxsiyyətinin təkamülündə çox böyük təsirə malikdir.
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız ən çox təqvalı olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır." (Hucurat, 13).

İzah: “تقوا” (təqva) sözü “وقایة” (viqayə) kökündəndir. Lüğəvi mənası qorumaq və saxlamaqdır. Terminologiyada nəfsi mənəvi aludəliklərdən qorumaq mənasını ifadə edir. Təqvanın önəmi, təsirləri, təqvalıların özəllikləri, təqvanın mərtəbələri və təqva ilə bağlı digər bir çox məsələlər dini mətnlərin nəzərə çarpacaq dərəcədə çox bir hissəsini özünə ayırmışdır. Təqva insanın əxlaqi şəxsiyyətinin təkamülündə çox böyük təsirə malikdir. Çünki əxlaqi fəzilətlərə yiyələnmək istiqamətində ilk addım nəfsi qəbahətlərdən və günahlardan təmizləməkdir. Bu baxımdan təqvanı İslam ümmətinin bütün fərdi və ictimai əməllərinin təməli hesab etmək olar. Buna görə də yuxarıdakı ayə insanlara xatırladır ki, onların bir-birinə nisbətdə üstünlük və fəzilət meyarı güc, sərvət, rəng, irq və s. kimi zahiri və maddi imtiyazlar yox, təqva və Allah qorxusudur.

Hədis: İmam Əli (ə): “Təvadan daha əziz hörmət yoxdur.” (Kafi, c. 8, səh. 19, hədis: 4).


238 بازدید
در حال ارسال اطلاعات...