Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2018

Atatürk İmam Xomeyninin dövründə yaşasaydı... (Haqsızlığa məruz qalan dövlət rəhbəri)

İmam Xomeyni isə xarici qüvvələrin əliylə hakimiyyətə gəlmədiyi üçün, qələbəsinin tək mənbəyi olan Allaha arxalanırdı, heç kimdən qorxmurdu
Bu yaxınlarda Türkiyə Cumhuriyyətinin 95 illiyi qeyd edildi. Azərbaycan da Türkiyə ilə dost ölkə olduğu üçün bizim vətəndə də Türkiyə Cumhuriyyətinin 95 illiyi qeyd edildi. Təbii ki, qələm əhli də əlinə qələm alıb yazmağa başladı. Bu barədə, xüsusilə Türkiyə Cumhuriyyətinin qurucusu kimi tanınan Mustafa Kamal Atatürk barədə yazılanlar, deyilənlər eyni ssenari üzərindədir. Fərqli bir şey yazan nəzərə çarpacaq dərəcədə deyil. Hamının da daha çox üstündə durduğu və bunu Mustafa Kamal Atatürkün başlıca islahatı kimi qələmə verdikləri məsələ onun xilafəti aradan qaldırması, səltənəti yıxması, dini dövləti aradan aparb dünyvəvi, sekulyar, demokratik quruluş gətirməsi məsələsidir.
Yazarlardan biri də öz yazısında bu məsələyə diqqət çəkdi. Çünki Mustafa Kamal Atatürk Türkiyə Cumhuriyyətini qurmazdan əvvəl bu ərazilərdə Osmanlı imperiyası hökmranlıq edirdi.
Bir mənada din, dini dövlət əleyhdarları daha çox səy edirlər ki, İslam dinini, dini dövlət anlayışını vurmaq üçün Atatürkü məhz Osmanlını yıxan qəhrəman kimi qələmə versinlər.
Dünyada çox siyasətçi, dövlət bina edən siyasi rəhbərlər mövcuddur. Amma Yazıda Atatürkdən başqa adını hallandırdığımız İmam Xomeynini (r) ona görə yada salırıq ki, bütün dünya liderlərindən fərqli olaraq İmam Xomeyni islami dövlət təsis edib. Həmin İslami dövlət ki, Atatürkü tərifləyənlərin daim tənqid hədəfinə tuş gəlib. Amma gəlin insafən görək Atatürk və İmam Xomeyni – hansı daha çox öyülməyə layiqdir?

- Atatürk yıxdığı Osmanlının sıradan bir məmuru, ordu komandanı olub. Osmanlı, başqa sözlə əgər İslam qanunları pisdirsə niyə Atatürk Osmanlı görəvlisi idi? Yoxsa cəsus idi, məqam ələ düşdükdə Osmanlı dövlətini devirəcəkdi? İmam Xomeyni isə ruhaniliyə başladığı gündən, lap kiçik yaşlarından qanunun Allaha aid olduğunu bilirdi və bir dəqiqə belə olsun Şah dövlətinə xidmət etməyib. Sabiqəsi təmizdir.

- Atatürk Müəmmar Qəzzafi kimi öz liderini fürsət bilib inqilabla devirib. Qəzzafi o vaxta qədər Liviya Kralı İdrisin əlaltısı idi. Atatürkün bu mənada Qəzzafidən heç bir fərqi yoxdur. O da öz rəhbəri olan Osmanlı rəhbərini siyasi-hərbi çevrilişlə taxtdan salıb. İmam Xomeyni isə Şah səltənətində heç bir hüquqa, mövqeyə, silaha, orduya, simpatiyaya sahib olmadığı halda – tam bir xalq inqilabına imza atıb.

- Atatürkün – türklərin öz diliylə desək – dövləti "darbe" (hərbi çevriliş) ilə vurması bütün dünyada məşhurdur. Onun bu mənada Ərdoğan hakimiyyətinə qarşı "darbeni" gerçəkləşdirmək istəyində bulunduğu iddia edilən Fətullah Güləndən heç bir fərqi yoxdur. Nədənsə Fətullah Gülən terrorçu, xain hesab edilir, Mustafa Kamal isə qəhrəman və xilaskar. Amma İmam Xomeyni şahın səltənətini, ümumiyyətlə şahlığı İslam, dövlət və xalq üçün təhlükə və xəyanət hesab edirdi.

- Atatürk əslində onu kəşf edən, gücə çevirən xarici qüvvələrin gücünə arxalanırdı. Onun Türkiyə dövlətini xarici qüvvələrə qarşı tək dirəndiyi halda qoruduğunu reklam edirlər. Həmin söhbət – dövləti, vətəni xarici qüvvələrdən qorumaq – İmam Xomeyni barəsində də deyirlər. Amma nədənsə Atatürk barədə inanan ifrat millətçilər İmam Xomeyninin ilahi lütf sayəsində gerçəkləşdirdiyi möcüzəyə - bəlkə də fars olduğu üçün – inanmaq istəmirlər.

- Atatürk İmam Xomeyninin devirdiyi Rza şahın atası və sələfi olan Rza Xanla – Rza Xan Türkiydə səfərdə olarkən - əzilir-büzülür, "əfəndim" flan deyərək, təzim edərək danışır. Bunu onun təzə qurulan hökümətini qüdrətlərin əlində məhv olmaqdan qorumaq üçün etdiyini yorumunu verənlər var. Üstəlik məhz Sovetlərin başqanı olan Lenindən ehtiyat etdiyi və onunla bir əqidəni – kommunizmi bölüşdüyü üçün Azərbaycanın işğalına göz yumması sirr deyil. İmam Xomeyni isə xarici qüvvələrin əliylə hakimiyyətə gəlmədiyi üçün, qələbəsinin tək mənbəyi olan Allaha arxalanırdı, heç kimdən qorxmurdu. Buna görə də "Amerika heç bir qələt edə bilməz", "Amerikaya ölüm olsun" şüarını səsləndirən, Sovetlərin XİN başçısı olan Edvard Şevarnadzeni qəbul edərkən əzəmət və heybəti ilə Şevardnadzeyə ilahi şəxsiyyət önündə pəncəyinin önünü – təvazökarlıq əlaməti olaraq – düymələməyi öyrədən tək insandır.

- Atatürk ruhaniləri asdı, dini geyimləri, çadranı yasaqladı, gavurun geyimlərini ölkədə təbliğ etdi, insan haqlarını ayaqlar altına atdı. İmam Xomeyni isə yüz illərdir şahənşahlığa məhkum olmuş İran xalqına seçki hüququ verdi.

Bu müqayisəni davam etdirmək olardı. Amma bütün bunlardan əlavə bir gerçəklik də var. İslamı dövlət kimi görmək istəməyənlər, "ruhani siyasətə qarışmamalıdır" deyənlərin liderləri məsləhət üçün müsəlman dünyasının ağsaqqalı olan İranın dahi ağsaqqalının yanına gəlir. Dünyəvi dövlətlərin təşkilatı olan BMT-nin keçmiş baş katibi İİR-nın Ali Dini Lideri olan İmam Xomeyninin əziz şagirdi, davamçısı, xələfi olan Ayətullah Xameneinin izzətini, gücünü, qüdrətini özü etiraf edib.

Atatürkün bugünkü xələfi olan prezident Ərdoğan da Ayətullah Xameneinin xidmətinə tez-tez müşərrəf olur. Bir prezident kimi Atatürk İmam Xomeyninin zamanında yaşasaydı məsləhət-məşvərət üçün Ali Dini Lider olan İmamın ayağına gələcəkdi. Odur ki, İmam Xomeynini düzgün tanıyın, haqqına girməyin. Zülm etməyin.


172 بازدید
در حال ارسال اطلاعات...