Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2018

Hüquq və insanlığın ən aşağı nöqtəsi bizdə deputatxanadan yuxarıdır

Bir deputatxanaya ki, təyinatla, PA tərəfindən seçilmiş bir formada oturursan və yaltaqlıqla qabağa getməyə çalışırsan...
Deputat Adil Əliyev hüquqşünas Aslan İsmayılov barədə aşağılayıcı sözlər işlədərkən belə bir ifadəyə imza atıb: "Bu, hüququn və insanlığın ən aşağı nöqtəsidir"

Əlbəttə ki, mən Aslan İsmayılovun vəkilliyini edən deyiləm, adam özü vəkildir, hüquqçudur, nəyin nə olduğunu gözəl bilir. Adil Əliyev də - adamın deməyə dili gəlməsə də - vəkildir. Yəni millət vəkili. Deməli, Aslan İsmayılov xalqın, millətin ayrı-ayr fərdlərinin vəkilliyini edirsə Adil Əliyev bütövlükdə bir millətin vəkili sayılır. Doğrudur ki, o, müəyyən bir dairədən seçilib və seçilməzdən əvvəl öz seçicilərinə vədlər verib. Amma seçiləndən sonra isə deputatların fəaliyyət sahəsi genişlənməlidir. Çünki onlar seçilməzdən əvvəl hansısa dairədən namizədlik vermişdilərsə də seçiləndən sonra onlara "filan dairənin deputatı" yox, məhz "millət vəkili" deyə xitab edirlər. Amma bizdə deputatxana o qədər səviyyəsini, etibarını, vicdanını itirib ki, ora artıq İlqar Məmmədovun diliylə desək - zoopark, Zərdüşt Əlizadə demişkən - sirk, Oktay Əsədovun sözü olmasın – çayxana, "stalova", xalqın diliylə də deyəsi olsaq, zillət vəkillərinin qocaldığı bir məkandır. Ordan nə millət iyi gəlir, nə də vəkil. Ora olsa-olsa pensiyaya çıxan qocaların yığılıb nərd-domino atdığı, qəhvə içdiyi bir məkandır. Nəinki xarici ölkələrdə heç ölkə daxilində belə ora yığılan qoca qurdları xalqın vəkili hesab edən yoxdur. Ora yığılan insanların 95 faizi öz xeyrini güdür, xalqı görən gözləri yoxdur, ora da ancaq öz tuluqlarını doldurmaq, qarınlarını balkon kimi çıxartmaq üçün yığılırlar.
Belə bir vəziyyətdə deputatxanada oturan Adil Əliyev isə utanmadan durub hüququn və insanlığın ən aşağı nöqtəsindən danışır. Aslan İsmayılovla bağlı qalmaqalları xalqı onsuz da maraqlandırmır. Bu məlum məsələdir. Onsuz da bizdə belə vəziyyətlərdə hər iki tərəf qarşı tərəfin tərəfdarlarını yaltaq, satqın, haqsız adlandırır. Özləri davalarını bir yerdə sonlandırarlar. Bizdə belə şeylər adi şeylərdir.
Amma Adil Əliyevdə zərrəcə hüquqa və insanlığa hörmət olsaydı zatən gedib deputatxanada oturmazdı. Bir deputatxanaya ki, təyinatla, PA tərəfindən seçilmiş bir formada oturursan və yaltaqlıqla qabağa getməyə çalışırsan, bu cür deputatxanada oturmaqdansa xaşxanada oturub sarımsaq iyi vermək daha yaxşıdır. Çünki Aslan İsmayılov hər nə qədər hüququn, insanlığın – Adil Əliyevin nəzərində - aşağı nöqtəsi sayılacaq iş görürsə, ən azından bu qarantdır ki, yenə də deputatxanadan səviyyəlidir. Axı adam heç olmasa fərdi işlə məşğuldur, pulun varsa ona müraciət elə vəkil tut, işini görsün. Amma bir deputat ki, normalda xalq seçməlidir, amma PA-nın təyinatı əsasında seçilirsə bu cür deputat gərək heç olmasa hüquq və insanlıqdan danışmasın.
Heç uzağa getmək lazım deyil, baxın, 125 deputat bir olub yeddi-səkkiz telekanalizasiyada çıxarılan hoqqalara bir söz deyə bilmir. Axı sən millət vəkilisənsə telekanalizasiya da millətin efiri olmalıdır. Deyilsə deməli kanalizasiya olmağa layiqdir. Sənsə buna imkan verməməlisən. Belə bir vəziyyətdə yaltaq, vicdansız deputatlar necə olur ki, hüquqdan, insanlıqdan dəm vururlar. Heç olmasa dalaşanda da elə sözlər işlədin ki, bir az səviyyəli olsun. Hüquq və insanlıq sayənizdə ölüb, ölüləri niyə öz davalarınıza qatırsınız. Bizim mentalitetdə ölünün dalınca danışmaq yaxşı deyil axı. Böyük-kiçik başa düşün siz də.


131 بازدید
در حال ارسال اطلاعات...