Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2018

İman və saleh əməlin qarşılıqlı əlaqəsi

İmanın çoxalması saleh əməlin çoxalması ilə nəticələnir.
... إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ ...

"Gözəl sözlər (düzgün düşüncə və inanc kimi pak həqiqətlər) Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir." (Fatir, 10).

İzah: Daha öncə qeyd olundu ki, iman və saleh əməl insan səadətinin iki mühüm qanadıdır. Hər biri digəri olmadan faydasız olacaqdır. Burada ötən mətləblərə bunu da əlavə edirik ki, iman və saleh əməl arasında qarşılıqlı əlaqə vardır. Yəni hər birinin az və ya çox olması digərinə təsir göstərir. İmanın çoxalması saleh əməlin çoxalması ilə nəticələnir. Saleh əməl insanın vücudunda iman nurunu gücləndirir və günah onun imanını da tədriclə sıradan çıxarır. Bu mətləb yuxarıdakı ayədən anlaşılır. “Gözəl sözlər” dedikdə məzmunu tamamilə paklıq və həqiqət olan sözlər nəzərdə tutulur. Buna görə də onu tövhid kimi düzgün etiqadlar mənasında izah etmişlər. Demək, ayənin mənası belədir: “Pak və düzgün etiqadlar Allaha doğru yüksəlir. Saleh əməllər o etiqadları inkişaf etdirir və yüksəlməsinə yardım edir. İnsanın yaxşı əməli təkrarlandıqca imanı daha möhkəm və təsirli olur”.

Hədis: İmam Əli (ə): “Həqiqi həyat dindən başqa şeylə əldə olunmur.” (İrşad, Mufid, c. 1, səh. 296).


108 بازدید
در حال ارسال اطلاعات...