Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2018

Saleh Məmmədov, Çin ayda kartof əkdi, siz nə vaxt kartofdan atom enerjisi alacaqsız?

Siz ki, illərdir şəriətdən, dindən, kitabdan uzaqsınız bəs nə üçün indiyədək Allahın bir balaca kəşfinə də nail olmamısınız.
İndi olmasın, keçmiş maliyyə nazirimiz (keçənə güzəşt deyərlər) yoldaş Saleh Məmmədova şad xəbərimiz var. Deməli, adam illərin – özünün dediyinə görə - professor doktorudur (özü öz barəsində belə tanışlıq verir) amma indiyədək təəssüf ki, bir dənə nə ixtirasına, nə kəşfinə rastlamamışıq. Ola bilər rastlanmasın, amma Saleh bəyin qəribəliyi bundan ibarətdir ki, palaz-palaz vərəqlərə İslama olan kinini məqalə şəklində düzür. Başqa sözlə desək adam o qədər kəşf və ixtira ilə "məşğul" olur ki, vaxt tapanda da İslamı, şəriəti, kitabı təhqir etməyə can atır. Deyir ki, bizi şəriət qanunları, dini kitablar dala salıb. Halbuki dəfələrə ona cavab versək də bizə bir cavab tapa bilməyib. Hər dəfə ünvanladığımız sualı o və onun timsalında onun düşüncəsinə şərik olan hər kəsə ünvanlayırıq: Siz ki, illərdir şəriətdən, dindən, kitabdan uzaqsınız bəs nə üçün indiyədək Allahın bir balaca kəşfinə də nail olmamısınız. Biz ki, məlumdur, şəriət bizi "dala çəkir", bəs şəriətdən "qabağa düşən" cənabınız nə üçün indiyədək kiçik bir oyuncaq da düzəldə bilməyib?

Şad xəbər isə bundan ibarətdir. "Çin ilk dəfə ayın uzaq tərəfinə rover göndərib və bəyan edib ki, bununla da "ay planetinin tədqiqində yeni bir fəsil" açılıb. Chang'e-4 aparatı Çinin cənub-qərbindəki Xichang kosmodromundan Uzun Mart 3B raketi vasitəsi ilə havaya qalxıb, tədqiqat başa çatdıqdan sonra aparatın yerə dönəcəyi gözlənilir. Çin dövlət mediası bildirib ki, artıq tədqiqatlar başlayıb. Çin dövləti 6, xarici sifariş olaraq isə 4 təcrübə keçirəcək. O cümlədən ayda kartof və digər toxumlar da əkilib."
Hə, bu çinlilərin, yəni bildiyimiz qədəriylə buddistlərin, daşa, taxtaya tapınan alimlərin elmi nailiyyəti. Bəs görəsən İslamı geriliyin səbəbkarı bilən Saleh bəy kartofdan atom enerjisi ala bilərmi? Ya heç enerjini qoyaq qırağa, cənab Saleh Məmmədov, maşın yağında perojki bişirə bilərsiniz? Səsi başa atıb "İslam gerilik dinidir" deməklə deyil, buyurun səsinizi deyil başınızı işə salın, boğaz yırtmaq əvəzinə baş çartladıb elmi nailiyyətə imza atın.

Hətta belə bir sual da veririk: Görəsən yoldaş Saleh Məmmədova görə bu elmi nailiyyətə imza atan çinli alimləri öz dinlərinin, əqidələrinin kitabları müvəffəq edib? Onda sabahdan Saleh bəh həmin alimlərdən hansı dini kitaba və dinə pərəstiş etdiklərini öyrənib inkişaf yoluna qədəm qoysun. Bəli, çinli alimlər ayda kartof əkdilər, gərək ki, yoldaş Saleh bəy də müsəlmanların çoxluq təşkil etdiyi dünyəvi, sekular ölkələrin cəhalətdə boğulmalarına, müharibə ocağına çevrilməsinə, rüşvət bazarına dönməsinə görə İslamı deyil, məzlumların başında turp əkən zalım imperiyalistləri qınasın. Qınasın ki, onlar məzlum xalqların başında turp əkmək əvəzinə gedib ayda, kosmosda kartof əksinlər.


1199 بازدید
در حال ارسال اطلاعات...