Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2018

Şəhid analarının nifrin etdiyi polislərin nazirinin nifrət ordeni

Maraqlıdır ki, onun 70 yaşı tamam olması və nifrət ordeni alması münasibətiylə haqqında yaltaqlıqlar nümayiş etdirən insanlar isə Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa kimi siyasi "tryapkalar" oldu
DİN başçısı Ramil Üsubov 70 yaşında "şöhrət ordeni" aldı. Əslində isə bu "şöhrət ordeni" deyil nifrət ordenidir. Təbii ki, daim xalqa xidmət etməyib hakimiyyətə yarınmaqla məşğul olan cənab Üsubov üçün bu orden şan-şöhrət ordenidir. Amma xalq buna nifrət ordeni kimi baxır. Çünki Ramil Üsubov bu xalqa nifrət edən ünsürlərdən biridir ki, xalq da öz növbəsində Ramil Üsubovu çoxdan dəftərdən silib.

Ramil Üsubov haqqında internetdən tapıb məlumatlar əldə edə bilərsiniz. Amma gəlin bu insanın tərcümeyi- halına başqa aspektdən yanaşaq. Adamın təkcə kariyerasına və siyasi fəaliyyətinə baxdıqda görürük ki, Heydər Əliyev hara gedib Ramili də özüylə çəkib aparıb. 93-cü ildə o, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən Ramil Üsubov MR-da DİN başçısı olub. Daha sonra 94-cü ildə Heydər Əliyev Bakıya gəlir, prezident olur, Üsubov da Azərbaycanın DİN başçısı təyin edilir. Özü də nə üçün Ramil Üsubov? Maraqlıdır ki, Heydər Əliyev Üsubovun qara qaşına-gözünə vurulmamışdı. Sadəcə hələ o vaxtdan, cəbhəçilərin vaxtından cəbhədə Qarabağ uğrunda şücaət və qəhrəmanlıq göstərən mərhum polkovnik Rövşən Cavadov daha sonra Bakıya gələndə hakimiyyətdəki rüşvətxorlara, ermənidən betərlərə, alçaq, rəzil məmurlara qan uddurmaq həddində idi. Hakimiyyətin başında duran ata Əliyevlə hesablaşandan sonra növbə bu cür rəzil, tör-töküntü məmurlara çatacaqdı. Bir halda ki, kürsülərdə prezident (Əliyev) önündə çıxış edərkən Cavadov deyirdi ki, "rüşvət alan məmurun bir cəzası var, o da ölüm", bu cür adamı görəsən DİN başçısı təyin etmək olardımı? Məhz buna görə, bu cür bir insana alternativ olaraq onunla tərəziyə qoylmağa belə ləyaqəti olmayan Ramil Üsubovu Heydər Əliyev Naxçıvandan dartıb Bakıya gətirir. Çünki gözəl bilirdi ki, DİN-də təmsil edilən mərhum Cavadov güc strukturunun başına, DİN-in başçısı vəzifəsinə gəlsə hakimiyyətin işi dalana dirənəcək. Məhz bu səbəbdən Ramil Üsubov məsləhət görülüb. Daha sonra Heydər Əliyev hakimiyyətinə yarındığı üçün o, Ramil haqda "mən nə qədər varamsa Ramil də var" demişdi. Düzdür ki, bu gün Heydər Əliyev yoxdur, amma onun oğlu, yaramaz, yalançı, talançı, oğru siyasi kursu hazırda mövcud olduğu üçün 70 yaşlı nazir Ramil Üsubov da Əzrail onu haqlayana qədər öz postunda qalmağı qərara alıb.

Ramil isə bu 24 il ərzində nə edib? Saytda bircə axtarış versəniz yetərlidir ki, onun bütün qohum əqrəbasının DİN-də işləməsinin şahidi olasınız. İki oğlu, kürəkəni (vurulana qədər) DİN-də çalışır. Bütün qohum - əqrəba DİN-də çalışır. Təsəvvür edin ki, adam dövlətin ən mühüm postlarından birini öz ailəsinin supermarketinə çevirib. Hələ üstəlik bizneslərinin, dükanlarının, restoranlarının olduğu da qeyd edilən məsələlərdəndir.

Maraqlıdır ki, onun 70 yaşı tamam olması və nifrət ordeni alması münasibətiylə haqqında yaltaqlıqlar nümayiş etdirən insanlar isə Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa kimi siyasi "tryapkalar" oldu. Xalqın isə Ramil Üsubovun haqqında dediyi söz ancaq – rüşvətxor xayin sözüdür.

Ramil Üsubovun ata Əliyevdən başqa bala Əliyevə verdiyi ən böyük fayda isə 2003-cü ildə polis quldurlarını etirazçı xalqın üstünə töküb ermənidən betər bir formada xalqa ikinci Xocalı yaşatması oldu. Bəli, bu insanın qəlbində xalq, millət sevgisi yoxdur. 70 yaşı oldu, amma hələ də onun "it" adına layiq görülmüş polis işçiləri vətəndaşı aksiyalarda turarkən sifətlərindəki qəddarlıq açıq-aşkar sezilir.

O da məlum məsələdir ki, aksiyalarda döyülən, söyülən vətəndaşlar aksiya keçirməyən vaxtlarda da 70 yaşlı qoca qurdun "it" adını almış polislərinin şərrindən amanda deyil. Belə ki, "You Tube" kanalı "it" ləqəbli polislər tərəfindən saxlanılarkən maşınına kamera yerləşdirən vətəndaşlarla doludur. Bu vide-çarxlarda həm polislərin savadsız, qanundan xəbərsiz olduqları görünür, həm də rüşvət qapmaq üçün vətəndaşı saxladıqları məlum olur.

Nəhayət, nəçə gündür qanpulu ala bilməyən şəhid anaları dövlətin ən mühüm obyektlərinin önünə yığılıb etiraz edir, onları dağıtmağa çalışan polislərə öz nifrət və lənətlərinin yağdırır. Məhz buna görə bu gün Ramil Üsubov "şöhrət ordeni" alır. Çünki o xalqın deyil hakimiyyətin yanındadır. Çünki o etiraz məqamlarında xalq, millət tanımır. Bu cür adamlar özlərinin erməni olduqlarını tez bir zamanda sübut edirlər.

Sonda qeyd edək, Ramil Üsubov cəbhədə vətənə can verən, "rüşvət alan məmurun bir cəzası var, ölüm" deyən bir insanın güc strukturlarından uzaqlaşdırılması üçün vəzifəyə gətirilib, deməli əslində bu insan da rüşvətxordan başqa bir matah olmayacaq. Rüşvətə yol açılır, Ramil isə etiraz edənlərin başının üzərində hakimiyyətin "dubinkası" funksiyasını yerinə yetirir. Qarabağdan isə söhbət belə gedə bilməz. Çünki Ramil Üsubovun təmsil edildiyi hakimiyyət ilk öncə getməlidir ki, Qarabağı işğal edən erməni ilə onun dilində danışmağa fürsət ələ düşsün. Ondan sonrası qəlbə üçün Allah Kərimdir.


1155 بازدید
در حال ارسال اطلاعات...