Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2018

Qurtuluş orucu: Yəmənin məzlum xalqına dəstək nidası

Tehran Universitetində toplandığını və qurtuluş orucu aksiyasına qatılmaq üçün daha 1400 tələbənin qeydiyyatdan keçdiyini xəbər verib
İranda 200 nəfər iranlı və xarici tələbə Yəmənin məzlum xalqına dəstək məqsədilə Tehran Universitetinin məscidinə toplaşaraq oruc tutublar.

Aksiyaya qatılan Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi bu barədə deyib: “Bizim dünyanın 144-dən çox ölkəsi ilə əlaqələrimiz vardır. Bu proqram və qurtuluş orucu dünyada çox təsirli tədbirlərdən biridir və Səudiyyə, onun müttəfiqləri, habelə sionist rejim, Amerika və Fransanın siyasətlərinə qarşı etirazın əlamətini ifadə edən bir toplantı ola bilər.”

Cənab Əxtəri əlavə edib: “Qurtuluş orucu proqramı genişləndiriləli və onun nidası ölkədən xaricə, hətta yəmənlilərin özlərinə belə çatmalıdır.
Daxili və beynəlxalq kanallar Yəmənin məzlum xalqını dəstəkləyən ictimai hərəkatları işıqlandırsınlar.”
Assambelyanın baş katibi hal-hazırda 200 iranlı və xarici tələbənin Tehran Universitetində toplandığını və qurtuluş orucu aksiyasına qatılmaq üçün daha 1400 tələbənin qeydiyyatdan keçdiyini xəbər verib.


1223 بازدید
در حال ارسال اطلاعات...