Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2019

Ayətullah şəhid Nimrin vəfatından 3 il keçdi (Bizim şərlənib tutulanların qohumları...)

Bir vətəndaş nahaqq yerə həbs ediləndə çoxumuz "cəhənnəmə olsun, mənim nəyimə lazımdır" deyib keçirik
Ayətullah şəhid Baqir Nimrin vəhabi, alçaq, Amerikanın faktiki tulası olan Ali-Səud tərəfindən edam edilməsindən üç il ötür. Şəhid Baqir Nimr haqq izhar etdiyi, Ali-Səud cinayətlərini ifşa etdiyi üçün rejim tərəfindən edam edildi. Allah dünyada bütün zalım, şər qüvvələrin kökünü kəssin.
Məlum olduğu kimi bizim məmləkətimizdə də Ayətullah Baqir Nimrin aqibətini yaşayan bir çox vətəndaşlarımız mövcuddur. Düzdür hazırda bizim ölkədə edam deyə bir qanun yoxdur. Amma edamdan daha pis və alçaq üsullara əl atan məmurlarımız vardır. Məsələn bildiyim qədəriylə Ayətullah Baqir Nimr öz adıyla-sanıyla edam edilmişdi. Yəni mərhum haqqı dediyi üçün batil zümrə dediklərinə daha çox təhəmmül edə bilmədi və məhz buna görə edam edildi. Amma bizdə vəziyyət belədir ki, haqq əhli, namaz, oruc əhli haqqı dediyi üçün deyil, narkotik maddə "istifadə etdiyi" üçün həbs edilir. Onaları həbs edən zalım qüvvələr ictimaiyyətə də belə çatdırırlar ki, bu insanlar güya uyuşdurucu maddə asılısıdır. Əlbəttə belə alçaq insanlara xalqın heç bir nümayəndəsi inanmır. Çünki mümkündür haqqı deyən insanı dövlət çevrilişinə cəhddə ittiham edəsən. Buna hardasa inanmaq olar. Ancaq hamı bilir ki, cəmiyyətdə sağlam təfəkkürlü dindar, ruhani kimi tanınan, illərini İslami təhsilə, xalqın maarifinə sərf edən Hacı Taleləri, Hacı Abgülləri, Hacı Fəramizləri, Hacı Mövsümləri, o cümlədən Hacı Zülfüqarları, Hacı Elmanları narkomaniyada ittiham edə bilməzsiniz.

Bizim ölkədə təkcə dindarlarla deyil, digər siyasi simalarla da eyni cür rəftar edirlər. Hansısa siyasi fəalı, bloqqeri, gənc fəalı həbs edib etmədiyi işləri boynuna qoyurlar, üzünə üzsüz insanları durdururlar.
Şəhid Baqir Nimri xatırlayanda bir ad da istər-istəməz yada düşür. O da tikə-tikə doğranan Qaşıqçıdır. Səudiyyəli bu jurnalist də Ali-Səud əleyhinə danışar, yazardı. Amma Mərhum Nimr şəhid ediləndə Qaşıqçı mərhum alim haqqında "insanları dövlət əleyhinə təhrik edirdi" kimi açıqlama ilə gündəmə gəlmişdi. Gün gəldi, Ayətullah Nimri edam edən alçaqlar Qaşıqçını tikə-tikə doğradılar. Başqa sözlə desək Ayətullah Nimrə bir qılınc zərbəsi vurmuşdularsa Qaşıqçını tikələrə böldülər.
Bilirsinizmi bunu niyə xatırladıq. Ona görə ki, o zaman Qaşıqçı açıq-aşkar Ayətullah Nimri dəstəkləməli, edamını pisləməli idi. O, anlamalı idi ki, Ayətullah Baqir Nimr elə o zamanlar (edamdan öncə) həm də Qaşıqçının (gələcəkdəki) qatillərini lənətləyir və məhkum edirdi. Həm də Qaşıqçı bilməli idi ki, bu gün Baqir Nimri edam edən xəyanətkarlar, Amerika tulaları sabah etiraz edən Qaşıqçını da bir qaşıq suda boğacaqlar.
Bizdə də bu problem yaşanmaqdadır. Bir vətəndaş nahaqq yerə həbs ediləndə çoxumuz "cəhənnəmə olsun, mənim nəyimə lazımdır" deyib keçirik. Utanmasaq hələ "əcəb edib həbs ediblər" də deyərik. Necə ki, hakimiyyətin yaltaqları belə deyir. Amma unuduruq ki, bu həbsdən bir gün bizim üçün də vardır. Çünki burada başqa yol yoxdur. Ya zülmlərə etiraz etməyib daim təhqirə, əziyyətə, haqsızlığa məruz qalırsan ya da etiraz edib şərlənir, həbs edilir, narkoman kimi qələmə verilirsən.

Nahaqdan şərlənərək həbs edilən vətəndaşlarımızın yaxınlarına, qohumlarına səslənirik!
Siz gözəl bilirsiniz ki, narkotik maddə istifadə etməkdə ittiham edilən qohum-əqrəbanız açıq-aşkar böhtana məruz qalıb. Ola bilər onları Respublikada sizdən başqa heç kim tanımasın. Amma siz onları gözəl tanıyırsınız. Yaxşı bilirsiniz ki, onlar pak, təmiz insanlardır. Hətta içlərində elələri vardır ki, dillərinə siqaret belə dəyməyib. Şər hakimiyyəti isə onları həbsə atmaqla təkcə onlara zülm etməyib. Şər hakimiyyəti diktatorluğunu təkcə onların üzərində təcrübə etməyib. Eləcə də öz diktəsini sizə yeridib. Belə ki, sizin pak qohum-əqrəbanızı çirkin işlərdə ittiham etməklə sizə də açıq-aşkar deyib ki, mən necə bilirəmsə siz də elə bilməlisiniz. Mən sizin qohumunuzu, atanızı, balanızı, qardaşınızı narkoman hesab edirəmsə siz də belə bilməlisiniz. Doğrudur ki, sizlər üzünüzü şər hakimiyyətinə tutub, "sən alçaqsan, biz qohumumuzun pak insan olduğunu bilirik, sənin də şərəfsiz, alçaq olduğuna əminik" deyirsiniz, amma bu qədəri yetirmi?
Bəs nə etməli?

Bəli, bu gün açıq-aşkar etiraz etmək olmur. Amma etirazın müəyyən metodları, başqa üsulları mövcuddur. Məsələn, Avropa ölkələrində yaşayan mühacirlər Azərbaycandakı qohum -əqrəbalarına ziyan gəlməsin, polis bölmələrində incidilməsinlər deyə üzlərinə müəyyən maskalar taxıb etiraz aksiyaları keçirirlər. Bizdə isə təbii ki, vəhşi polislər buna imkan verməyəcək. Amma sosial şəbəkələrdə belə bir aksiyalar təşkil etmək olar. Zatən bu gün sosial şəbəkə istifadəçilərinin böyük əksəsiyyəti paylaşılan fotolara, videolara şərh yazanda zalımları tənqid və təhqirlər edirlər. Bir çoxu da müəyyən şüarlarla qeydiyyatdan keçib. Hətta "Azərbaycana azadlıq", "rədd olsun diktatura" və başqa bu kimi niklərlə qeydiyyatdan keçib tənqid etsən belə bunun effekti olacaq. Bütün dünyaya çatdırılacaq ki, Azərbaycanda doğrudan da bir şər hakimiyyəti hökmranlıq edir. Əsas odur ki, zülmü dünyaya çatdırasan və bu, tez bir zamanda kütləviləşsin. Əsas odur ki, sən qohumunun pak insan olduğunu bilirsən, çirkaba batmış insanları da ifşa etməklə öz paklığını sübut etmiş olursan. Yoxsa, bu gün qohumunuzu, sabah isə özünüzü edam edəcəklər.


389 بازدید
در حال ارسال اطلاعات...