Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2019

İranın xarici işlər naziri: Amerika 10 min km-lərlə uzaqdan gəlib bizim regionda sabitliyi pozur

ABŞ silah balansı yolu ilə regionun resurslarını sağır
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransında Amerikanı regionda sabitliyi pozmaqda ittiham edib. Nazir çıxışının bir hissəsində deyib:
“Amerika İranın regionda müdaxilə etdiyini iddia edir. Bir sıra ölkələr də diktə olunmuş sözü əzbərləyib gözüyumulu təkrar edirlər. Amma indiyə kimi heç kim soruşmayıb ki, İran kimin regionuna müdaxilə edir. Siz xəritəyə bir nəzər salın. ABŞ ordusu on min kilometrlərlə yolu qət edərək bizim sərhədlərimizdə hərbi bazalar yaradıb. Eyni halda silah balansı yolu ilə regionun resurslarını da sağır. Hesablamalara əsasən, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin hərbi büdcəsi təklikdə 100 milyarda çatacaq. Bu rəqəm İranın hərbi xərclərindən 7 dəfə çoxdur.

İndi diqqət edin! Doğrudan regiona sabitsizlik ixrac edən kimdir? Regionu daha çox təhdid edən nədir? Yəməndə qorxu yaratmaq üçün bu ölkəyə atılan saysız raketlər, yoxsa öz qanuni haqqını qorumaq üçün İŞİD əleyhinə istifadə olunan İran raketləri?

Başqalarını təhdid edən İrandır, yoxsa bütün yalançı çobanların başçısı olan Netanyahu? Netanyahu atom bombası zavodunun yanında dayanaraq mənim ölkəmi açıq-aşkar təhdid etmişdir. Burada heç bir sərgi –o cümlədən ABŞ prezidentinin müavini Pensin teatrı– həqiqətin üstünü örtə bilməz.
Əslində hər gün daha çox xalq bu həqiqəti görür və bilir ki, Amerika hal-hazırda regionda ən böyük təhlükə və sabitsizlilk mənbəyidir.”


1389 بازدید
در حال ارسال اطلاعات...