Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2019

Bütün zamanlar üçün hidayətçinin olması

Yer üzü heç zaman hidayətçisiz olmayacaqdır.
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ إِنَّمَا أَنْتَ مُنْذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ

"Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır." (Rəd, 7).

İzah: İmamət prinsipini sübut edən ayələrdən biri də “Ümmətin hidayətçisi (yolgöstərəni)” ayəsidir. Bu ayədə Allah Peyğəmbərə (s) müşriklərin müxalifət etməsinə qarşı təskinlik verməklə yanaşı o həzrətə müraciətlə bildirir ki, sən yalnız xəbərdar edənsən və onların hidayət olmaması ilə bağlı məsuliyyət daşımırsan. Hər bir qövmün hidayət edəni, yol göstərəni vardır. Şiə və sünni (məxəzləri) İbn Abbasdan nəql etmişlər ki, ayə nazil olduqdan sonra Peyğəmbər (s) mübarək əlini sinəsinə qoydu və buyurdu: “Mən xəbərdar edənəm”. Sonra İmam Əliyə (ə) işarə etdi və buyurdu: “Sən isə hidayətçisən və möminlər sənin vasitənlə doğru yola yönələcəklər”. Həmçinin bu ayədən anlaşılır ki, yer üzü heç zaman hidayətçisiz olmayacaqdır.

Hədis: İmam Sadiq (ə): “Əgər yer üzündə imam olmasa, (yer üzü) darmadağın olar.” (Kafi, c. 1, səh. 179, hədis: 10).


1322 بازدید
در حال ارسال اطلاعات...